AZ

"İnanmıram ki, Azərbaycanın bütün xəstəxanaları adekvat işləmir" - Nazir saxta əlillikdən danışdı

“Mən inanmıram ki, Azərbaycanın bütün xəstəxanaları adekvat işləmir”.

"Unikal" xəbər verir ki, bunu Milli Məclisin iki komitəsinin birgə iclasında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib.

“Əlilliyin təyin olunması prosedurlarını bilirsiniz. Vətəndaş xətəxanada qeydiyyatdan keçməli, orada müayinə olunmalı və sənədlər təqdim olunmalıdır. Bizim tərəfimizdən hər bir hal araşdırılır. Cari ildə 40 mindən çox şəxsə əlillik təyin edilib. Bunun 50%-i ilkin əlillik təyinatı, 50%-i isə təkrar əlillik təyinatıdır. Əlilliklə bağlı bizim mövqeyimiz birmənalıdır. Haqqı çatan, qanunvericiliyə uyğun bütün hallar dəyərləndirilməli və həmin insanların əlilliyi təyin olunmalıdır. Amma saxta yollarla, əsassız şəkildə əlillikdən gəlir yolu kimi istifadə edilməsinə icazə verilməməlidir. Bunun qarşısı ardıcıl olaraq alınacaq”, - deyə nazir bildirib.

Anar Kəlbiyev

Seçilən
3
1
unikal.az

2Mənbələr