COP29 çərçivəsində Avropa Yenidənqurma və İnkişaf Bankının (EBRD) dəstəyi ilə həyata keçirilən 100 MVt gücündə "Qobustan" Günəş Elektrik Stansiyasının tikintisi üzrə hərracın qalibi elan olunub.
Bərracda hər kilovat/saat elektrik enerjisi üçün ən aşağı təklif verən “Universal International Holdings Limited” şirkəti qalib olub.
2027-ci ildə istismara verilməsi nəzərdə tutulan stansiyada hər il təxminən 260 milyon kilovat/saat elektrik enerjisi istehsalı proqnozlaşdırılır. Bu isə ildə 57 milyon kubmetr həcmində təbii qaza qənaət etməklə yanaşı, atmosferə atılan karbon emissiyalarını 124 min ton azaltmağa imkan verəcək.
Tədbirdə çıxış edən EBRD-nin Qafqaz üzrə regional direktor Alkis Vryenios Drakinos bildirib ki, Azərbaycanın ilk bərpa olunan enerji hərracının uğurla başa çatması bank üçün böyük nailiyyətdir: "EBRD olaraq, "yaşıl enerji" layihələrinin maliyyələşdirilməsi və bu istiqamətdə siyasətlərin dəstəklənməsi üzrə uzun illər davam edən işlərimizin nəticəsini görməkdən məmnunuq. Bu layihənin həyata keçirilməsində iştirak edən bütün tərəfləri təbrik edirik”.
Qeyd edək ki, hərrac Azərbaycan Prezidentinin 2023-cü il 2 avqust tarixli 2285 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Bərpa olunan enerji mənbələrinin ərazisində elektrik enerjisi istehsalçısının seçilməsi Qaydası”na uyğun olaraq keçirilib.