Türkiyə millisinin futbolçusu Arda Güler Millətlər Liqasının 6-cı turunda Monteneqroya uduzduqları (1:3) matçdan sonra üzr istəyib.
Sportinfo.az xəbər verir ki, 19 yaşlı yarımmüdafiəçi komandasının A Liqasına birbaşa vəsiqəni əldən verdikləri üçün üzüldüyünü bildirib:
“Deyə biləcəyim bir şey yoxdur. Komanda olaraq xalqımızdan üzr istəyirik.
Mart ayında pley-off oynayıb A Liqasına yüksəlməyə çalışacağıq. Hakan Çalhanoğlu meydanda olsaydı, daha fərqli oynaya bilərdik.
Bu gün alınmadı. Xalqımızdan üzr istəyirik”.