AZ

Deputata məxsus “Dokta” keyfiyyətsiz dərman satırmış

Deputat Cavanşir Feyziyevə məxsus “Dokta” MMC yenə cərimələnib.

Tribunainfo.az xəbər verir ki, dəfələrlə İnzibati Xətalar Məcəlləsini pozan “Dokta” bu dəfə də İXM-nin sanitariya və gigiyena qaydaları əleyhinə olan 221.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, bilə-bilə keyfiyyətsiz, normativ-texniki sənədlərin tələblərinə cavab verməyən, mənşəyi məlum olmayan, yararlılıq müddəti bitmiş, “Dərman vasitələri haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq dövlət qeydiyyatı tələb olunan, lakin dövlət qeydiyyatından keçməmiş dərman vasitələrinin satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, habelə saxta dərman vasitələrinin istehsalı, satışı, satış məqsədi ilə saxlanması və ya idxalı, bu əməllər az miqdarda törədildikdə inzibati xətanın bilavasitə obyekti olan dərman vasitələri müsadirə edilməklə vəzifəli şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə, hüquqi şəxslər beş min manatdan yeddi min manatadək məbləğdə cərimə edilir.

“Dokta” MMC ilə bağlı iş baxılması üçün Nərimanov rayon Məhkəməsinə göndərilib. 28 noyabr tarixində hakim Gültəkin Əsədovanın sədrliyi ilə işə baxılacaq.

Qeyd edək ki, “Dokta” MMC dərman firması və apteklər şəbəkəsi deputat Cavanşir Feyziyevə məxsusdur.

Qarşı tərəfi dinləməyə hazırıq.

Roman

Seçilən
10
tribunainfo.az

1Mənbələr