Ukrayna ərazi əvəzində Rusiya ilə sülhə razılaşmayacaq - Nazir
Kiyev ərazi əvəzində Moskva ilə hər hansı razılaşmaya getməyəcək. Güc vasitəsilə sülhə alternativ ola bilməz.
Reyting.az xəbər verir ki, bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ABŞ Konqresində dinləmələr zamanı bildirib.
Onun sözlərinə görə, Ukrayna öz suverenliyi və ərazi bütövlüyü ilə bağlı kompromisləri nəzərdə tutan heç bir təklifi qəbul etməyəcək.
A. Sibiqa
A. Sibiqa vurğulayıb ki, bu, milyonlarla insanı işğalçının əlində buraxmaq deməkdir, soyqırıma, işgəncəyə və zülmə gətirib çıxaracaq. O, əmindir ki, Rusiyanı ərazi qazancları ilə mükafatlandırmaq sülhü bərpa etməyəcək, əksinə, növbəti təcavüzə səbəb olacaq.
“Bu sakitləşmədir, sülh deyil. Sakitləşdirmə keçmişdə heç vaxt işləməyib və indi də işləməyəcək”, - deyə Sibiqa əlavə edib.
Qeyd olunur ki, görüş zamanı ayrı-ayrılıqda Rusiyanın nüvə ritorikasının eskalasiyası və dünyanın Kremlin təcavüzünü dayandıra bilməməsinin potensial nəticələri də müzakirə edilib.
E. KAMAL