Rio-Trio Təşəbbüsünün uğuru düşüncələrimizi gerçəyə çevirəcək ortaq öhdəliyimizdən asılıdır.
Bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində baş tutan "Rio-Trio təşəbbüsü: Davamlı ekosistemlər üçün konvensiyalararası biliklərin artırılması" adlı tədbirdə deyib.
O qeyd edib ki, Rio-Trio Təşəbbüsü sadəcə tərəfdaşlıqdan daha artıqdır: "Bu kollektiv fəaliyyətin rəmzidir. Uğur qazanmaq üçün biz təcrid olunmuş şəkildə deyil, birgə həllər tapmaq üçün Konvensiyalar üzrə səylərimizi birləşdirməliyik.
Rio Konvensiyaları çərçivəsində birgə işləmək göstərir ki, səylərimizi birləşdirdikdə daha çox nailiyyət əldə edə bilərik".
Nazir müavini əlavə edib ki, NDC-lər, NAP-lar və Milli Biomüxtəliflik Strategiyaları və Fəaliyyət Planlarının inteqrasiyası kimi birgə təşəbbüslər Dayanıqlı İnkişaf Gündəliyində çoxsaylı məqsədlərə cavab verən faydalar təmin edə bilər.
"Biz hər Konvensiyanın özünəməxsus roluna hörmət edən, eyni zamanda, rahat inteqrasiyaya imkan verən məlumat mübadiləsi üsulları yaratmalıyıq. Bu platformalar iqlim, biomüxtəliflik və torpaqların bərpası sahəsində irəliləyişi izləmək üçün aydın, ortaq meyarlar və göstəricilərə malik olmalıdır.