1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Rusiya XİN-in rəsmi nümayəndəsi Mariya Zaxarova Bakıda keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasının (COP29) mükəmməl təşkil olunduğunu bildirib.
Oxu.Az-ın məlumatına görə, bu barədə o, Moskvadakı brifinqdə bəyan edib.
Onun sözlərinə görə, Rusiyanın tədbirdə geniş təmsil olunması bir daha təsdiq edir ki, Moskva iqlim dəyişikliyi ilə mübarizədə səylərin birləşdirilməsinin ardıcıl tərəfdarıdır.
Zaxarova Azərbaycan tərəfinin Baş nazir Mixail Mişustinin rəhbərlik etdiyi nümayəndə heyətini səmimi qəbulunu vurğulayıb:
"Əminik ki, bu tədbirin Azərbaycanda keçirilməsi, xüsusilə də belə nəticələr, uğurlar və yüksək səviyyə nümayiş olunması Bakının dünya arenasındakı nüfuzunu daha da artıracaq".
O bildirib ki, Rusiya Azərbaycan və maraqlı olan bütün dövlətlərlə iqlim istiqamətində əməkdaşlığı artırmağa üstünlük verir.