AZ

QHT sədri Vyanada Azərbaycandakı islahatlar haqqında təqdimat edib - FOTOLAR

İslahatçı Qadınlar və Innovasiyalar İctimai Birliyinin sədri Vüsalə Hüseyinli, Vyanada keçirilən 1-ci Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Sammitində Azərbaycandakı islahatlarla bağlı təqdimat edib.

QHT.az xəbər verir ki, təqdimatında Vüsalə Hüseyinli, ölkəmizdə qadınların siyasi və ictimai həyatda fəal iştirakı ilə bağlı mühüm yenilikləri vurğulayıb. O, Parlament seçkilərində qadın namizədlərin və uğur qazanan qadınların sayının 25-ə çatdığını, qızların təhsili ilə bağlı atılan addımları və Tələbə Kredit Fondunun fəaliyyəti haqqında məlumat verib. QHT sədri həmçinin COP29 un təşkilat komitəsində qadınların yüksək təmsilçiliyindən danışaraq, bu qərarı müsbət addım kimi qiymətləndirib. Bu müsbət dəyişikliklər, Azərbaycanın islahatlarla bağlı beynəlxalq aləmdəki imicini daha da gücləndirir.

 

Pərvanə Fərhadqızı

Seçilən
17
qht.az

1Mənbələr