"Beşiktaş" klubu Albaniya millisində zədələnən Ernest Muçinin sağlamlıq durumu ilə bağlı açıqlama yayıb.
News24.az "Haber Global"a istinadən xəbər verir ki, UEFA Millətlər Liqasının sonturunda Albaniyanın Ukraynanı qəbul etdiyi matçda Ernest Muçi zədələnərək, görüşü davam etdirə bilməyib.
Klubun yaydığı açıqlamada bildirilir ki, MRT müayinəsində futbolçunun sol budunun daxili əzələsində zədə aşkarlanıb.
Oyunçunun 4 həftə yaşıl meydanlardan kənar qalacağı ehtimal edilir.
Ağa Dadaşzadə