“Qarşıma məqsəd qoymuşdum ki, “İmişli”ni birinci edib, Premyer Liqaya yüksəldəcəm”.
Bunu İdman.biz-ə futbol üzrə l Liqa təmsilçisi “İmişli”nin sabiq baş məşqçisi Əsgər Abdullayev deyib.
Təcrübəli mütəxəssis bölgə klubundan ayrılmasına aydınlıq gətirib. Abdullayev bildirib ki, qarşına qoyduğu məqsədə çatmaq yolunda problemləri gördüyü üçün “İmişli” ilə vidalaşıb: “Təbii ki, klubun rəhbərliyi də mənimlə razılaşdı. Fikirlərimiz üst-üstə düşdü. Nəticədə də bu qərara gəldik ki, mən klubdan ayrılım. Hər anın öz hökmü var”.
Onun sözlərinə görə, “İmişli” Premyer Liqaya vəsiqə qazanması üçün lazımi şəraitə malikdir: “Komanda rəhbərliyinə və üzrlərinə bu yolda uğurlar arzulayıram”.
Qeyd edək ki, “İmişli” 7 turdan sonra 13 xalla turnir cədvəlində 3-cü pillədə qərarlaşıb. Onlar lider “Karvan”dan 5 xal geri qalırlar.
Banuçiçək Hüseynli
İdman.biz