“Beynəlxalq danışıqlar, xüsusilə iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, daxili mübarizə və identifikasiya kimi proseslərə xüsusi diqqət ayrılmalıdır”. O, bildirib 35 ildən çox təcrübəyə malik biri kimi əminliklə deyə bilərəm ki, meşələr və meşə tərəfdarları olmadan iqlim dəyişikliyinə qarşı mübarizə mümkün deyil. “Bu səbəbdən, meşələr xüsusi qorunan ərazilər kimi qəbul edilməli və hər kəs bu məsələyə dəstək olmalıdır.
COP29 çərçivəsində belə bir tədbirin ilk təşkilidir və olduqca vacib bir addımdır. Əlbəttə ki, müzakirə edilməli çoxlu rəqəm və göstəricilər var, lakin digər hökumətlərin meşəçiliklə bağlı təşəbbüslərə başladığını müşahidə etmək də önəmlidir” . “Mənim fikrimcə, Azərbaycanın hökuməti bu il meşələrin maliyyələşdirilməsi və inteqrasiyasına xüsusi diqqət ayıracaq” - deyə o, əlavə edib: “ Belə konfranslar meşələrin qorunması baxımından olduqca mühüm əhəmiyyət daşıyır. Hesab edirəm ki, biz hər cür təşəbbüs və fəaliyyəti dəstəkləməyə hazırıq. Ölkə ictimaiyyətlə əlaqəli tədbirlər təşkil etməli və bu məsələləri ictimaiyyətə daha geniş şəkildə çatdırmalıdır” .
Foto:Nadir İbrahimli