AZ

Brüssel avtosalonu: GƏLƏNLƏR VƏ GƏLMƏYƏNLƏR

Postpandemiya dövründə bir neçə illik tərəddüd və təxirəsalmadan sonra Brüssel Avtosalonu (Brussels Motor Show) yenidən qapılarını ziyarətçilərin üzünə açacaq. Artıq sərginin iştirakçıları, tarixi, yeri və qiyməti də məlumdur.

Avtosfer.az xəbər verir ki, beləliklə, Brüssel 101-ci avtomobil sərgisini 10-19 yanvar 2025-ci ildə qarşılayacaq. Sərgidə BMW, Renault (Alpine, Dacia, Mobilize, Renault), Stellantis (Abarth, Alfa Romeo, Citroën, DS, Fiat, Jeep, Lancia, Leapmotor, Opel, Peugeot), Volkswagen (Audi, Bentley, Bugatti, Cupra, Lamborghini, Porsche, Rimac, Seat, Skoda, Volkswagen), BYD, Ford, Honda, Hongqi, Hyundai, Isuzu, Iveco, Kia, KGM, Lexus, Maxus, Mazda, Mercedes, MG, Micro, Omoda, Jaecoo, Smart, Subaru, Suzuki, Toyota, XEV və Xpeng şirkətlərinin iştirakı təsdiqlənib.  ABŞ-ın Lucid startapı da ilk dəfə sərgiyə çıxacaq.

Təbii ki, sərgidə iştirak etməyən şirkətlər də var. Bu sərgidə Volvo (bu marka ümumiyyətlə heç bir avtosərgidə təmsil olunmamaq siyasəti yürüdür), Polestar, Lynk&Co, Lotus və Zeekr Nissan, Aston Martin, Ferrari, Jaguar, Land Rover, Maserati, McLaren və Rolls-Royce bu sərgidə olmayacaq.
Saat 22.00-dək açıq olacaq sərgiyə giriş böyüklər üçün 15 avro, 15 yaşdan aşağı olanlara 10 avro, 10 yaşdan az uşaqlara isə pulsuzdur.

Vüqar

Seçilən
21
avtosfer.az

1Mənbələr