Noyabrın 21-də səhər saatlarında Rusiya ordusu müxtəlif tipli raketlərlə Dnepr şəhərinə zərbələr endirib. O cümlədən, Rusiyanın Həştərxan vilayətindən qitələrarası ballistik raket buraxılıb.
Axar.az xəbər verir ki, bu barədə Ukrayna Hava Qüvvələrindən məlumat verilib.
Bundan əlavə, Tambov vilayəti üzərindən “Xəncər” aeroballistik raketi, həmçinin yeddi ədəd X-101 qanadlı raketlərlə Dneprə zərbələr endirilib.
Dnepropetrovsk vilayət administrasiyasının sədri Sergey Lısak zərbələr nəticəsində sənaye müəssisələri və veteranlar üçün reablitasiya mərkəzinin vurulduğunu bildirib.
Qeyd edək ki, Rusiyanın Ukraynaya RS-26 “Rubej” qitələrarası ballistik raketi atacağı barədə məlumat yayılmışdı.