AZ

"NVIDIA"nın hesabatının qlobal bazarlara təsiri

"Nvidia" şirkətinin maliyyə hesabatı və satış proqnozlarının təsiri qlobal bazarlarda hiss olunmağa davam edir. Çip nəhəngi "Nvidia"nın satış gözləntiləri bazardakı ən optimist proqnozlardan geri qalarkən, şirkətin səhmləri gecə ticarətində 2 % ucuzlaşıb.

Valyuta.Az "Bloomberg"ə istinadən xəbər verir ki, Çərşənbə axşamı "Wall Street" indeksləri "Nvidia"nın maliyyə hesabatının açıqlanması öncəsində ehtiyatlı gözləntilər və Ukrayna qüvvələrinin ilk dəfə Rusiyada hərbi hədəflərə Böyük Britaniyadan idarə olunan raketlər atmasının yaratdığı geosiyasi gərginliyin təsiri ilə zəifləyib.

Geosiyasi gərginliyin artması və dolların bu proseslərlə bahalaşması fonunda "S&P 500" və "Nasdaq 100" indeksləri gün ərzində bir anda 1 %-dənçox düşsə də, itkilərinin böyük hissəsini bərpa edərək sabit bağlanıb. "Bloomberg Dollar İndeksi" isə günü 0,44 faiz artımla tamamlayıb.

Səhmlərdəki zəiflik bu səhər Asiya bazarlarında da öz təsirini göstərib. MSCI Asiya Sakit Okean İndeksi Yaponiya, Avstraliya və Tayvan səhmlərinin başçılığı ilə 0,1 faiz azalıb. Çin səhmləri dalğalanıb, Asiyanın çip sektoru üzrə indeksləri isə 1 faizə qədər dəyər itirib.

"Nvidia" optimist proqnozları qarşılaya bilmədi

Dünən maliyyə hesabatını açıqlayan "Nvidia Corp.",  IV rüb üzrə satışlarının təxminən 37,5 milyard dollar olacağını proqnozlaşdırıb. Orta analitik gözlənti 37,1 milyard dollar olsa da, bəzi təxminlər 41 milyard dollar səviyyəsində idi.

Beləliklə, şirkətin satış proqnozu yenidən orta gözləntiləri aşsa da, bəzi analitiklərin çox yüksək proqnozlarını qarşılaya bilməyib.

"Nvidia"nın qurucu başçısı və baş icraçı direktoru Censen Xuanq (Jensen Huang), çoxdan gözlənilən "Blackwell" məhsullarının bu rübdə “çox güclü” tələb ilə təqdim ediləcəyini bildirib. Lakin çiplərin istehsal və mühəndislik xərclərinin mənfəət marjlarına təzyiq göstərməsi gözlənilir.

Bu vəziyyət və analitiklərin həddindən artıq optimist gözləntilərinin doğrulmaması, "Nvidia" səhmlərinin bu il təxminən 200 faiz artdığı bir dövrdə investorların daha təmkinli davranmasına səbəb olub. Nəticədə, səhmlər gecə ticarətində təxminən 2 faiz ucuzlaşıb.

"Forrester Research Inc." analitiki Alvin Nguyen, “Gələcəyə dair qiymətləndirmələr daha aşağı satış artımı göstərir, lakin bu, "Nvidia"nın ehtiyatlı davranmasından da qaynaqlana bilər. Qısamüddətli dövrdə süni intellektə olan tələbə dair heç bir narahatlıq yoxdur. "Nvidia" lazım olan hər şeyi edir,” - deyə bildirib.

Rəhim

Seçilən
18
valyuta.az

1Mənbələr