AZ

“Dayanıqlı Meşəçilik və Biomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu” adlı Beynəlxalq Konfransın təşkili planlaşdırılır (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə 29-cu Tərəflər Konfransı (COP29)çərçivəsində “İqlim, Təbiət və İnsanlar üçün Meşə: Meşələr üçüniqlim maliyyəsinin artırılması” mövzusunda yüksək səviyyəlitoplantı keçirilib.

Trend xəbər verir ki, COP29Sədrliyi və BMT-nin Meşələr Forumunun (UNFF) birgə təşkilatçılığıilə keçirilən tədbirdə təşkilatçı tərəflərin nümayəndələri iləbirgə Brazilya, Birləşmiş Krallıq, Konqo Demokratik Respublikası,Kanada, Surinam və Yaponiyanın ətraf mühit nazirliklərininrəsmiləri, həmçinin BMT-nin Ətraf Mühit Proqramı, Dünya Bankı,Yaşıl İqlim Fondu, Qlobal Ətraf Mühit Fondu və Asiya İnkişafBankının əməkdaşları iştirak edib.

Yüksək səviyyəli toplantıda aidiyyatı ekspertlər, rəsminümayəndələr iqlim dəyişikliyi fonunda meşələrin itirilməsi, meşəekosisteminin deqradasiyası, meşələrlə bağlı mövcud problemlərinhəlli yolu ilə Paris Sazişinin məqsədlərinə nail olunmasında iqlimfəaliyyətinin və siyasətinin gücləndirilməsi, meşələr üçün əlavəiqlim maliyyəsindən, o cümlədən mövcud innovativ maliyyələşdirməmexanizmlərindən istifadə, ən yaxşı təcrübələrlə bağlı məlumatmübadiləsi və biliklərin idarə edilməsi məqsədilə qlobal səyləringücləndirilməsi ətrafında müzakirələr aparıb.

Tədbirdə növbəti ildə Ekologiya və Təbii Sərvətlər Nazirliyitərəfindən irəli sürülən meşə mövzusunda beynəlxalq tədbirinkeçirilməsi təşəbbüsü barədə məlumat verilib.

Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrəÇərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cusessiyasının açılışı olub.

COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – DünyaLiderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkilolunub.

Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanınbu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfəAzərbaycanda baş tutur.

COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli vəambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG)razılaşdırılmasından ibarətdir.

COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişafməqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri,yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmizhidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsalfəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəlisürülüb.

İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradanəsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°Cöhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.

Bildirilib ki, Azərbaycanda 2025-ci ildə “Dayanıqlı Meşəçilik vəBiomüxtəliflik üçün Sinerji: Yaşıl Dünya naminə Əməkdaşlıq Dialoqu”adlı Beynəlxalq Konfransın təşkili planlaşdırılır. Konfransdameşəçilik və biomüxtəliflik sahəsində qlobal çağırışları müzakirəetmək üçün elm adamlarının, ekoloqların, dövlət rəsmilərinin,beynəlxalq təşkilatların, özəl sektor və vətəndaş cəmiyyətinümayəndələrinin bir araya gətirilməsi nəzərdə turulur. Azərbaycantərəfinin İrəli sürdüyü təşəbbüsə BMT-nin Meşələr Forumu (UNFF)tərəfindən dəstək ifadə edilib.

“Dayanıqlı
“Dayanıqlı
“Dayanıqlı
“Dayanıqlı
“Dayanıqlı
“Dayanıqlı
“Dayanıqlı
“Dayanıqlı
“Dayanıqlı
“Dayanıqlı
Məqalədə:
Seçilən
14
1
az.trend.az

2Mənbələr