Rusiya Qərb silahlarına qarşı tədbirlər görməyə başlayıb
Rusiya istehsalın artırılması və atəşə verilən fasilənin köməyi ilə 350 kilometr və daha yüksəkmənzilli 1500-dən çox raket toplaya bilib.
Reyting.az xəbər verir ki, bunu “RBC-Ukrayna” kəşfiyyat məlumatlarına əsasən yazıb.
Məlumatda Rusiya anbarlarında olan raketlərin sayı və seriyası da verilib:
“İskəndər-M” (ballistik) - 350 ədəd.
“İskəndər-K” (qanadlı) - 210 ədəd.
X-101 - 220 ədəd.
“Kalibrlər” - 390 ədəd.
“Xəncərlər” - 70 ədəd.
X-22 - 230 ədəd.
KN-23 (KXDR) - 45 ədəd.
Qeyd olunur ki, Rusiya Federasiyası ballistik “İskəndər”lərin istehsalını daha çox artırıb. Noyabrda Rusiya 70-ə yaxın “İsgəndər-M” raketi və 12 “İsgəndər-K” raketi istehsal etməyi planlaşdırır.
Bundan əlavə, ruslar X-101-i təkcə “Tu-95”-dən deyil, həm də əvvəllər demək olar ki, heç vaxt qeydə alınmayan “Tu-160”-dan buraxmağa başlayıblar. Noyabrda 50 belə raket istehsal etməyə hazırlaşırlar.
Nəşr yazır ki, noyabrın 20-nə olan məlumata görə, Moskva ən çox “Kalibr” raketi toplamağa nail olub, onların da təxminən 390-ı anbardadır. Noyabr ayı ərzində bu raketlərdən 30 ədədi buraxılıb.
V. QULİYEV