AZ

MİT rəhbərindən FETÖ ilə bağlı gözlənilməz ziyarət

Türkiyənin Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri İbrahim Kalın Cümhuriyyət Xalq Partiyasını (CHP) ziyarət edib.

“Qafqazinfo” Türkiyə mediasına istinadən xəbər verir ki, məqsəd FETÖ lideri Fətullah Gülənin vəfatından sonra təşkilatın sözügedən partiyanı məlumatlandırması olub.

Belə ki, Gülənin ölümündən sonra ölkə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə AKP-nin iclası keçirilib, bu zaman MİT rəhbəri FETÖ ilə bağlı material təqdim edib. Bundan sonra CHP sədri Özgür Özel açıqlama verərək eyni addımın öz partiyasına qarşı sərgilənməli olduğunu bildirib.

Qeyd olunur ki, MİT sədri məhz buna görə CHP-ni ziyarət edərək terror təşkilatlarının fəaliyyətləri və mümkün təhdidləri ilə bağlı onları məlumatlandırıb.

İclas 2 saat 20 dəqiqə davam edib.

Toplantıda partiyanı maraqlandıran suallar İ. Kalın və rəhbərlik etdiyi nümayəndə heyəti tərəfindən cavablandırılıb.

Seçilən
15
3
qafqazinfo.az

4Mənbələr