Gürcüstan parlamenti noyabrın 25-də keçiriləcək ilk iclasdan sonra yaxın günlərdə prezident seçkilərinin tarixini müəyyən edəcək.
Siyasi şuranın iclasından sonra hakim “Gürcü Arzusu” partiyasının icraçı katibi Mamuka Mdinaradze, “Bu gün prezidentliyə namizəd haqqında ümumiyyətlə heç bir kəlmə də söhbət olmadı”, deyə bildirib.
Mdinaradze əlavə edib ki, Nazirlər Kabinetində dəyişikliklərin olub-olmayacağı barədə daha sonra baş nazirliyə namizəd İrakli Kobaxidze məlumat verəcək.
Ülviyyə, Hurriyyet.az