AZ

“Türkiyə Rusiya-Ukrayna müharibənin sona çatması üçün bütün sülh təşəbbüslərini dəstəkləyəcək” - Hakan Fidan

“Türkiyə Ukraynadakı müharibənin regional və qlobal təsirlərini azaltmaq üçün səylərini davam etdirəcək”.

Missiya.Az “STAR”a istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan deyib.

Fidan qlobal ərzaq böhranının qarşısını alan Qara Dəniz Taxıl Təşəbbüsü ilə dünyaya təqribən 33 milyon ton taxıl məhsulunun çatdırılmasına kömək etdiklərini xatırladıb və bu məqsədlə Qara dənizdə ticarət naviqasiyasının təhlükəsizliyini təmin etmək səylərinə diqqət yetirdiklərini bildirib. 

Türkiyə XİN rəhbəri Rusiya ilə Ukrayna arasındakı müharibənin sona çatması üçün bütün sülh təşəbbüslərini dəstəkləməklə yanaşı, hər iki tərəfin də iştirak etdiyi qalıcı həllin zəruriliyini dilə gətirdiklərini qeyd edib:

“Biz nizamlı siyasi dialoqumuzla sülhün təmin edilməsi üçün çox çalışan bir ölkəyik”, - deyə siyasətçi vurğulayıb.

 

Daşqın HəsənovMissiya.Az

Seçilən
18
missiya.az

1Mənbələr