Ermənistan Hindistan istehsalı olan 78 ədəd ATAGS yedəkli artilleriya sisteminin alınması ilə bağlı danışıqlara başlayıb. Bu barədə “Indian Defence Research Wing” (IDRW) yazır.
"Bu sınaqlar silahın uyğunlaşma qabiliyyətini, uzun məsafələrdə dəqiqliyini və istismarda etibarlılığını təsdiqlədi və bu, Ermənistan hakimiyyətini satınalma həcmini artırmaq barədə düşünməyə vadar etdi", deyə IDRW yazır.
Nəşrin yazdığına görə, Ermənistan ordusu artilleriya sistemini onun tələblərinə daha da uyğunlaşdırmaq üçün kiçik yeniləmələr təklif edəcək.
Ülviyyə, Hurriyyet.az