AZ

NATO öz maraqları naminə Kiyevə yardım etdiyini açıqlayıb

“NATO-ya üzv olan ölkələr Ukraynaya öz strateji maraqları naminə kömək edir”.

KONKRET.az xəbər verir ki, bunu alyansın baş katibinin müavini vəzifəsini icra edən Boris Ruqe “El Mundo”ya müsahibəsində deyib.

Ruqenin fikrincə, Ukraynanın suveren və müstəqil dövlət kimi qalması NATO-nun strateji maraqlarına uyğundur.

Xatırladaq ki, bir neçə gün əvvəl NATO-nun baş katibi Mark Rutte qışdan əvvəl Kiyevə təcili yardım göstərilməsinə çağırıb.

Məlik,
KONKRET.az

Seçilən
15
konkret.az

1Mənbələr