Rusiyanın hava hücumundan müdafiə sistemləri son 24 saat ərzində Britaniya istehsalı olan iki "Storm Shadow" qanadlı raketini vurub.
Bakupost/az TASS-a istinadən xəbərinə görə, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat verib.
"Hava hücumundan müdafiə sistemləri vasitəsilə Böyük Britaniya istehsalı olan 2 "Storm Shadow" qanadlı raketi, ABŞ istehsalı olan 6 HIMARS raketi və 67 təyyarə tipli pilotsuz uçuş aparatı vurulub", - deyə məlumatda bildirilib.