AZ

Yusif Nəbiyev: "Yığmanın bu vəziyyətdə olmasında bütün azərbaycanlı futbolçuların günahı var"

“Qarabağ”ın gücü hamıya bəllidir. Bizi çox ağır oyun gözləyir".

Bu sözləri apasport.az saytına açıqlamasında Yusif Nəbiyev deyib.

"Səbail"in kapitanı komandanın durumu barədə danışıb: "Yaxşı nəticə qazanmağı hədəfləyirik. Milli fasilə zamanı məşqlərdə maksimum çalışmışıq. Komandada ab-hava yaxşıdır. Cavid Hüseynov da bizə qoşulub. O, istəkli, savadlı məşqçidir. Müasir futbolun tələblərini bilir və bizdən istəyir. Mütəxəssisin tapşırıqlarını ən yaxşı şəkildə yerinə yetirməyə çalışırıq. Hazırkı vəziyyətdən çıxmaq üçün ardıcıl qələbələr lazımdır. Yalnız belə olan halda futbolçulara inam yenidən qayıdacaq. Bundan sonra işimiz daha rahat olacaq. Ötən tur “Turan Tovuz”la matçda qələbəyə çox yaxın idik. Lakin ani diqqətsizlik səbəbindən 3 xalı əldən verdik. Həm çempionatda, həm də kubokda bacardığımız qədər irəliləməliyik. Nəyisə qurban verəcək durumda deyilik".

Nəbiyev millinin durumundan da söz açıb: “Yığmanın bu vəziyyətdə olmasının səbəbləri çoxdur. Hazırda orda oynayan və oynamayan bütün azərbaycanlı futbolçuların bunda günahı var. Vəziyyəti düzəltmək isə mütləqdir”.

Qeyd edək ki, “Səbail” Misli Premyer Liqasının XIV turunda noyabrın 23-də “Qarabağ”la qarşılaşacaq.

İsmayıl Xeyrullayev

 

“Turan Tovuz” – “Sabah” matçının biletləri satışdadır

İlham Yadullayev: "Uşaqların turnirdəki ümumi çıxışından razı qaldıq"

Elxan Abdullayev: "Bu oyunlar göstərdi ki, bizdə potensial var"

I Liqa: IX turun oyun cədvəli

Vadim Abdullayev: "2-ci pillə də pis nəticə deyil"

Seçilən
99
1
apasport.az

2Mənbələr