AZ

Rusiya Tramp haqqında filmin yayımına icazə verməyib - Fotolar

Rusiya

Aktyor və prodüser Sebastian Sten "Şagird" filmi ekranlarda çıxandan sonra tanınmış Hollivud aktyorlarının onunla ünsiyyətdən imtina etməsindən danışıb.

Reyting.az
-ın məlumatına görə, bir çox kino prokatlarda "Şagird. Trampın yüksəlişi" adı ilə təqdim olunan yeni bioqrafik filmin ulduzu Donald Trampdır. Sebastian Sten çox maraqlı hesab etdiyi filmin tanıtım kampaniyası zamanı başına gələn xoşagəlməz hadisədən danışıb.



Aktyor Sten, Amerikanın "Variety" media şirkəti təşkilatçılığı ilə reallaşdırılan, illik keçirilən "Actors on Actors" proqramının çəkilişinə dəvət olunub. Aktyor proqram zamanı “sürpriz”lə qarşılaşıb. Veriliş davam edən zaman iştirakçıya efir vasitəsilə məlumat verilib ki, onun Hollivuddakı bir çox həmkarları, həmçinin aktyorların PR menecerləri bu şouda Stenlə ünsiyyət qurmaq istəmirlər.

Bəzilərinin izahına görə, buna əsas səbəb milyarder və siyasətçi Donald Trampın bu yaxınlarda ABŞ prezident seçkilərindəki qazandığı qələbə ilə bağlı sərt ritorikanı atıb ehtiyatla davranmaq, daha doğrusu, Trampla bağlı "qorxu" hissi olub.



"Hər şey yaxşıdır. Mən heç kimə barmaq göstərmirəm... Amma onu da unutmayaq, demək olar ki, biz tamamilə bu vəziyyətə nəzarəti itiririk. Çünki hətta danışmağa belə çəkinirik. Qorxuya və ya narahatlığa qalib gəlsək, bu, problemə çevriləcək və Trampın bizdən olmadığını iddia etməyi dayandırmalıyıq. Ona daha da yaxından nəzər salıb, onu nəyin motivasiya etdiyini anlamaq lazım deyilmi?"- söyləyən aktyor Sebastian Sten Tramp haqqında bu filmin xüsusi nümayişi zamanı ekran əsərindəki baş rolun ifaçısı kimi öz fikirlərini bildirib.

"Şagird" bioqrafik bədii filmi bu ilin may ayında Fransada, Kann Film Festivalında müsabiqədə debüt edib. Yeni filmdə 1970-1980-ci illərdə Trampın bir iş adamı kimi siyasətə qoşulmasından və siyasi karyerasının yüksəlişindən bəhs olunur. Filmin rejissoru Əli Abbasidir. Filmdə ikinci planda olan rolları Ceremi Stronqla Mariya Bakalova ifa ediblər.



Rumın əsilli, 42 yaşlı aktyor və prodüser Sebastian Sten ABŞ-da yaşayan Hollivud aktyorudur. O, tamaşaçılara həm də "Marvel" serialındakı Baki Barns rolu ilə tanışdır.

Xatırladaq ki, bir müddət öncə Rusiyanın Mədəniyyət Nazirliyi milyarder, siyasətçi Donald Tramp haqqında çəkilmiş bu filmə yayım sertifikatı verməkdən imtina edib.



Oqtay QORÇU
Seçilən
23
reyting.az

1Mənbələr