AZ

Hersoqdan Netanyahu və Qalantın həbsinə order verilməsinə REAKSİYA: “Vicdansız qərardır”

İsrail prezidenti İsaak Hersoq Beynəlxalq Cinayət Məhkəməsinin ölkənin baş nazir Benyamin Netanyahu və keçmiş müdafiə naziri Yoav Qalantın həbsinə order verilməsi ilə bağlı qərarını pisləyib.

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bu barədə İsrail prezidentinin ofisi məlumat yayıb.

Hersoqun fikrincə, bu, “vicdansız, ədalətsiz və həddini aşan bir qərardır”:

"Bu, ədalət üçün qaranlıq bir gündür. Bəşəriyyət üçün qaranlıq bir gündür. Beynəlxalq Cinayət Məhkəməsinin pis niyyətli, hədsiz qərarı ümumi ədaləti gülüş obyektinə çevirdi”.

Bizim.Media

Seçilən
9
2
bizim.media

10Mənbələr