AZ

“Landau Technologies” ləğv edilir

“Landau Technologies” Məhdud Məsuliyyətli Cəmiyyətinin ümumi yığıncağı 20.11.2024-cü il tarixdə hüquqi şəxsin hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən ləğv edilməsi barədə qərar qəbul edib.

Kommersant.az xəbər verir ki, kreditorlar 60 gün ərzində ləğv edilən hüquqi şəxsə qarşı tələblərini AZ1154, Bakı şəhəri, Nərimanov rayonu, İsmayıl Hidayətzadə, ev.37A, m.46 ünvana bildirə bilərlər.

Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 61.7-ci maddəsinə əsasən ləğv edilən hüquqi şəxsin kreditorlarına pul vəsaiti ödəmə barədə tələblərin daxil olduğu növbəlilik qaydasında ləğvetmə komissiyası (təsviyəçi) tərəfindən ödəniləcəkdir.

Xatırladaq ki, MMC ötən ilin dekabr ayında yaradılıb, nizamnamə kapitalı 10 manatdır və qanuni təmsilçisi Elnur Həsənovdur.

Seçilən
0
1
kommersant.az

2Mənbələr