AZ

İran  ölüm hökmünün dayandırılmasının əleyhinə səs verib

İran BMT-nin Baş Assambleyasında ölüm hökmünün dayandırılmasına dair qətnamə layihəsinin əleyhinə səs verib.

Səsvermədə 131 ölkə qətnamənin lehinə, 36 ölkə əleyhinə səs verib, 21 ölkə isə bitərəf qalıb.

"Cebheinfo.az" xəbər verir ki,  qətnamə əleyhinə səs verən digər ölkələr arasında ABŞ, Çin, Hindistan, Yaponiya, Səudiyyə Ərəbistanı, Pakistan, İraq, Yəmən, Suriya, Qətər və Şimali Koreya da var.

Qeyd olunub ki, qətnamədə insan ləyaqətinə hörmət və insan hüquqlarının inkişafı vurğulanıb. Ancaq İran ölkələrin öz daxili qanunlarını müəyyən etmək üçün suveren hüququ olduğunu əsas gətirərək bunu rədd edib. 

"Cebheinfo.az"

Seçilən
23
1
cebheinfo.az

2Mənbələr