AZ

“Bu münaqişəyə daxil olmaq üçüncü dünya savaşına gətirib çıxara bilər...” — Türkiyə müharibəyə sürüklənir?

“Husilərin Qırmızı dənizdəki hücumu İsrail-Fələstin münaqişəsinə bir etirazdır. Husilər İsrailə qarşı vuruşurlar. Gəmilərin çoxunun İsrailə getdiyini bildiklərinə görə buna imkan vermirlər. Husilər Türkiyəyə qarşı deyillər, ancaq Qırmızı dənizdə Türkiyənin gəmisinin vurulması Türkiyənin bu münaqişədə daha kəskin mövqeyindən xəbər verir”.

Bu fikirləri Demokrat.az-a açıqlamasında politoloq Ramiyə Məmmədova deyib. O qeyd edib ki, Türkiyə Fələstinə dəstək verən hər kəsi dəstəkləyir:

“Ancaq bu o demək deyil ki, Türkiyə öz maraqlarını kənara qoyur. Təbii ki, Türkiyə öncə öz maraqlarını güdür. Qırmızı dənizdə baş verən hadisə sırf Türkiyəyə qarşı deyil. Bu, İsrailə qarşı atılmış addımdır. Ola bilər ki, husilər gəminin Türkiyəyə məxsus olduğunu bilmirdilər. Panama bayrağı altında üzən gəminin İsrailə getdiyi düşünülüb, amma o, Sinqapura gedirmiş. Türkiyə Fələstinə dəstək olmaqla müharibənin dayandırılmasını istəyir və bu, ABŞ-yə bir mesajdır. Ümumiyyətlə, husilərin bütün addımları İsrailə qarşı yönəlib. 

Türkiyə onsuz da Yaxın Şərq ölkəsidir. Onu münaqişəyə sürükləmək çətin məsələdir. Türkiyə bilir ki, bu münaqişəyə daxil olmaq üçüncü dünya savaşına gətirib çıxara bilər”.

Törə Zeynallı
Demokrat.az
Seçilən
3
demokrat.az

1Mənbələr