AZ

Ukrayna elan etdi: Rusiya ilk dəfə bu raketlə hücuma keçdi

Ukrayna Hərbi Hava Qüvvələri bu gün ölkəyə hava hücumu zamanı Rusiya ordusunun müxtəlif bombalardan, o cümlədən qitələrarası ballistik raketdən istifadə etdiyini bildirib.

Publika.az xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələrinin “Telegram” hesabından yazılı açıqlama verilib.

Bildirilib ki, Rusiya ordusu bu gün səhər saatlarında Ukraynanın Dnepr şəhərinə hava hücumu təşkil edib. Açıqlamada hücumda Rusiyanın Həştərxan vilayətindən atılan qitələrarası ballistik raketdən də istifadə edildiyi bəyan edilib.

Həmçinin qeyd olunub ki, “MiQ-31K” döyüş təyyarəsindən atılan “Kh-47M2 Kinjal” hipersəs raketi və “Tu-95MS” strateji bombardmançı təyyarəsindən atılan “KH-101” qanadlı raketləri ilə də Ukrayna ərazisi hədəfə alınıb.

Seçilən
4
publika.az

1Mənbələr