AZ

Türk güləşçinin İrəvanda qızıl medal qazanması ermənilərə “OD QOYDU” – VİDEO

Türkiyə güləşçisinin İrəvanda Dünya çempionatında qızıl medal qazanması ermənilərə “od qoyub”.

İnterpress.az xəbər verir ki, İrəvanda dünən hərbçilər arasında güləş üzrə Dünya çempionatı başlayıb. Açılış mərasimində ermənilər Türkiyə bayrağına və nümayəndə heyətinə nifrətini aşkar nümayiş etdirib.

Buna baxmayaraq, türk təmsilçisi finala çıxaraq 1-ci yerə sahib olub. Türk dövlətinə, Türkiyə bayrağına, xalqına nifrətini gizlətməyən ermənilər dünən məyus şəkildə Türkiyənin himninin sədaları altında türk bayrağının qaldırılmasını seyr ediblər.

Sosial şəbəkələrin erməni seqmenti nə qədər yanıb-yaxılsa da, bu möhtəşəm hadisə baş tutub.

“Soyqırımı memorialından cəmi bir neçə on metr aralıda türk döyüşçünün qələbəsi şərəfinə bu dövlətin bayrağı qaldırılı və himni səsləndirilib. Gündəlik günahlarını tanımadığı gündəmə gətirildi.

Və bütün bunlar zalda erməni əsgərlərinin və dövlət rəsmilərinin iştirakı ilə baş verdi. Planlaşdırılan hər şey yerinə yetirildi.

Və nə qədər medal qazansaq da, məqsədə artıq nail olundu”, –  media eksperti Tiqran Koçaryan yazıb.

Xatırladaq ki, İrəvanda hərbçilər arasında güləş üzrə dünya çempionatı keçirilir və Türkiyə yığması da iştirak edir. Azərbaycan yığması iştirak üçün ərizə verməyib.

Xuraman Etibarlı

İnterpress.az

Seçilən
5
interpress.az

1Mənbələr