Ermənistan Artsaxdan olan qaçqınlara yardımı kəsəcək.
İnterpress.az xəbər verir ki, bu barədə erməni mediası məlumat yayıb. Cümə axşamı keçirilən iclasda Ermənistan hökuməti Qarabağ ermənilərinə ayrılan maliyyə yardımını azaltmaq qərarına gəlib.
Əmək və sosial məsələlər naziri Narek Mkrtçyanın sözlərinə görə, 2025-ci ilin aprelindən yalnız yetkinlik yaşına çatmayanlar, pensiyaçılar, ailə başçısını itirmiş şəxslər, I və ya II qrup əlillər yardım alacaqlar. Verilən yardımın məbləği də azaldılır – cəmi 40 min dram (təxm. 175 man).
2025-ci ilin iyul ayından yardımın məbləği yenidən azaldılacaq – 30 min dram (təxm. 131 man).
Ermənistanın baş naziri Nikol Paşinyanın sözlərinə görə, bu dəyişikliklər əmək qabiliyyətli insanları iş tapmağa həvəsləndirmək məqsədi daşıyır.
Xuraman Etibarlı
İnterpress.az