AZ

Veteran futbolçu: “Santuşun, De Byazinin səviyyəsi var?”

Azərbaycan yığması UEFA Millətlər Liqasının C Liqasının 1-ci qrupunu bir xalla sonuncu sırada bitirib. Fernandu Santuşun rəhbərlik etdiyi kollektiv son olaraq İsveçə səfərdə böyük hesabla uduzub – 0:6.

Veteran futbolçu Novruz Əzimov “FutbolPress“ə açıqlamasında millinin nəticələrini belə şərh etdi:

“Nəticə heç nə, faicə. Bunun adı biabırçılıqdır. Futbolçular meydana sanki futbol oynamağa çıxmamışdı. Kifayət qədər səhvlər oldu. Günahkar baş məşqçi Santuş və onu gətirənlərdədir. Meydanda nə sistem var idi, nə taktika. Sanki Premyer Liqa klubu ilə II Liqa komandası üz-üzə gəlmişdi”.

Azərbaycan futbolunun biabırçı hala gətirildiyini deyən mütəxəssis günahkarları da söylədi:

“Zamiq Əliyevi meydana buraxmaq lazım deyildi. Göründü ki, bu adam hazır deyil. Nə üçün oyuna buraxırsan? O da səhvlər edir. Bəhlul Mustafazadə uşaq səhvləri buraxdı. Topu sol ayağı ilə çıxara bilmir. Çox danışmaq olar, lakin nə desək boşdur. Bizim sözlərimizə əhəmiyyət verilmir. Vaxtında dedik ki, yerli məşqçi təyin edilməlidir, amma gətirmədilər. Deyirlər ki, azərbaycanlı məşqçilərin səviyyəsi yoxdur. Bu, nə deməkdir? Santuşun, De Byazinin səviyyəsi var? Nəticələr göz qabağındadır. Azərbaycan futbolunu aşağıladılar. Günahkar da məşqçidə və onu bura gətirənlərdədir”.

Şahin Cəfərov

Seçilən
3
futbolpress.az

1Mənbələr