“Beşiktaş” itki ilə üzləşib.
Futbolpress.az xəbər verir ki, İstanbul klubunun futbolçusu Ernest Muçi sıradan çıxıb.
Albaniyalı futbolçu UEFA Millətlər Liqasında Ukrayna ilə matçda zədə alıb və 15-20 gün oynamayacaq.
Muçi bu mövsüm Super Liqada 9 oyunda 3 qol vurub.