AZ

YENİ AZƏRBAYCAN PARTİYASI VƏ ONUN FƏLSƏFİ, İDEOLOJİ PRİNSİPLƏRİ

 (32 illiyi)

Yeni Azərbaycan Partiyası həddən artıq dramatik lokal və qlobal siyasi-iqtisadi-hərbi maraqların mübarizə apardığı bir tarixi dönəmdə zamanın, xalqın tələbi və yeni dünyada var olma zərurəti ilə yaranan partiyadır. Hər siyasi partiya cəmiyyətin və dövlətçiliyin maraqlarının partiyası ola bilmir. Çoxpartiyalılıq cəmiyyətdə demokratik mühit yaradır. Bütün partiyalar gerçəkliyin, milli maraqların, milli ruhun ifadəsinin partiyası olarsa, demokratik mühit yaradıla bilər. Siyasi, sosial rəqabət meydanında hər siyasi partiya cəmiyyətin və dövlətçiliyin maraqlarının həyata keçirilməsində xalqın arzularını reallığa çevirən partiya ola bilmir. Çoxpartiyalılıq cəmiyyətdə demokratik və hüquqi mühit yaratmağa xidmət edir. Lakin  bütün partiyalar gerçəkliyin, milli maraqların, milli ruhun ifadəsinin partiyası olarsa, demokratik, hüquqi mühit yaradıla bilər. Ulu Öndər YAP-ı yaradarkən məhz Azərbaycanın dövlət maraqlarını, dövlətçilik təsisatlarını bu partiyanın ideoloji strukturları əsasında möhkəmləndirməyi qarşıya əsas məqsəd kimi qoymuş və gələcəkdə də bu prinsipə sadiq qalmağı tövsiyə edirdi. Çünki Yeni Azərbaycan Partiyasının məramı azərbaycançılıq ideologiyasından yaranmışdı. Bu partiya Azərbaycanın milli-mənəvi və dövlət maraqlarının siyasi, siyasi-ideoloji mahiyyətini ifadə edirdi. Bir çox siyasi analitiklər Yeni Azərbaycan Partiyasının siyasi hakimiyyətə gəlişinin o qədər də çətin olmadığını qeyd edirlər. Bu kimi fikirlərə müəyyən mənada haqq qazandırmaq mümkündür. Çünki istənilən siyasi partiyanın gücü sosial təbəqələrdən formalaşır.

Məhz bu baxımdan YAP  böyük gücə sahib oldu,  xalqın özünün yaratdığı partiya olduğu üçün cəmiyyətin aparıcı ideoloji qüvvəsinə , xalqın hakimiyyəti partiyasına çevrilməsi də tarixi zərurət idi. Böyük tarixi şəxsiyyətlər tarixin axarını dövlətçiliyin sabahlarını müəyyənləşdirən siyasi axara yönəldə bilir. Bu, dövlətin daha da möhkəmlənməsində, beynəlxalq aləmdə yüksək nüfuza malik olmasında, dövlətin iqtisadi inkişafının tənzimlənməsində və inkişaf etdirilməsində olduqca əhəmiyyətli olur. Ulu Öndər xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdı. Həmin vaxtlarda Azərbaycanda hakimiyyət boşluğu, bunun nəticəsi kimi milli qarşıdurma yaranmışdı. Belə bir vəziyyət labüd dövlət çevrilişi ərəfəsi idi. Ulu Öndər Azərbaycanı bu vəziyyətdən çıxara bildi, dövlət çevrilişinin qarşısı alındı. Xalq sevdiyi, inandığı rəhbərin ətrafında daha sıx, daha ruhən birləşdi. Bu birlik Azərbaycanın sabahlarını Ulu Öndərin müəyyənləşdirdiyi səviyyəyə yönəldirdi.Ulu öndər Heydər Əliyevin müdrikliyinin nəticəsi kimi yaradılan partiya illər ərzində ölkədə siyasi sabitliyin, davamlı inkişafın təminatçısı olub. İnandırma, inandırmaqla inama çevrilmə ehtiramla yarana bilərdi, yarandı da. Qısa müddət ərzində xalqın partiyasına çevrilən Yeni Azərbaycan Partiyası dünyəvi dəyərləri də yaşadan, tolerantlığı gərəkləndirən partiyadır. Bu partiyanın fəaliyyəti Azərbaycan Respublikasının Konstitusiyasına və qanunvericiliyinə əsaslanır, milli-xəlqi maraqlar əsasında hazırlanmış Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərir. Bu partiya Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən, vətəndaşları birləşdirən siyasi partiyadır.

Məhz bu xarakterinə görə Yeni Azərbaycan Partiyası həm də gələcəyin partiyasıdır.Yeni Azərbaycan Partiyası demokratik cəmiyyətin partiyasıdır, tolerant dövlətin iqtidar partiyasıdır. Bu partiya siyasi dialoqu dəstəkləyən, partiyalararası münasibətlərdə başlıca amilin milli maraqlar olduğunu xatırladan və bunu başlıca fəaliyyət istiqaməti bilən partiyadır. Ümummilli Lider Heydər Əliyevin təbirincə desək, "dünənin, bu günün və gələcəyin partiyası" kimi hər zaman islahatlara açıq olan, müasir çağırışlara cavab verən, öz fəaliyyətini yeni tendensiyalar əsasında davam etdirən Yeni Azərbaycan Partiyası dinamik ictimai-siyasi qüvvədir. Onun nüfuzu və siyasi-ideoloji təsir dairəsi cəmiyyətin bütün təbəqələrinin, xüsusilə gənclərin və qadınların fəal vətəndaş mövqeyinin formalaşması baxımından təşkilata aktiv şəkildə cəlb olunması ilə daha da artmış olur. Partiyamız ölkə daxilində çoxşaxəli fəaliyyətlə yanaşı bu gün respublikamızın hüdudlarından kənarda səmərəli əlaqələr formalaşdırmaqla beynəlxalq miqyasda ən güclü siyasi təşkilatlardan biri kimi tanınır və qəbul edilir ki, bu da, şübhəsiz, ölkəmizin beynəlxalq nüfuzunun yüksəlişinə vacib töhfədir. O, indi ölkəmizin ictimai-siyasi həyatında fəal iştirak edərək təkcə Azərbaycanın ümumxalq partiyasına deyil, Cənubi Qafqaz bölgəsinin ən böyük, həmçinin keçmiş sovetlər birliyinin və regionun ən nüfuzlu partiyasına çevrilmişdir. Xalqın bütövlüklə dəstəyini alaraq Azərbaycanı dönməz, işıqlı inkişaf yoluna çıxaran Yeni Azərbaycan Partiyası hər zaman xalqımıza,  dövlətimizə, böyük nailiyyətlər qazandırdı, uğurlar gətirdi, dayanıqlı milli iqtisadi inkişaf sisteminin formalaşdırılmasını şərtləndirdi. Bu gün Azərbaycan həm beynəlxalq münasibətlər sistemində, həm də beynəlxalq əməkdaşlıq sistemində olduqca ciddi mövqelərə və təsirə malikdir. Ərazi bütövlüyünü təmin etdi, tarixi qələbələrə imza atdı. Dövlətimiz Prezident, Ali Baş Komandan, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsindən tariximizin qızıl səhifəsini yaratmağı bacardı. 2023-cü ilin sentyabr ayında isə bütün ərazilərimiz boyunca suverenliyimizi etibarlı və dönməz şəkildə təmin etdik. Bu baxımdan Yeni Azərbaycan Partiyası vaxtı ilə Azərbaycanı xilas etdiyi kimi bundan sonrakı dövrlərdə də ölkəmizi inkişafın, tərəqqinin ən yüksək nöqtələrinə çatdıracaqdır. Dövlətin siyasi atmosferinin fərqli ideoloji baxışlarla zəngin olmasında partiyaların rolu böyükdür.

Qonşu Türkiyənin təcrübəsindən çıxış edərək deyə bilərik ki, bu ölkədə partiyalar öz ideoloji konsepsiyaları ilə cəmiyyətə təsir etmə mexanizmini həyata keçirməklə özlərinə tərəfdar toplaya bilirlər. Türkiyədən fərqli olaraq Azərbaycanda partiyaların ciddi ideoloji böhran yaşadığının şahidi oluruq. Daha doğrusu, Azərbaycanda qeydiyyatda olan siyasi partiyaların sırf ideoloji istiqamətdə fəaliyyətlərində sönüklük müşahidə olunur. Azərbaycanda qeydiyyatda olan siyasi partiyalarda ideoloji xaos yaşanır desək, yanılmarıq. İdeologiyaları ilə praktik fəaliyyətlərində uyğunsuzluq yaşanan siyasi partiyalar, bəlkə də, bu səbəbdən sosial bazasını itirir. Politoloji rəylər göstərir ki, partiyalarda ideoloji dayaqlar sarsılıb və öz məramnamələrindən kənar siyasi xətt yürüdürlər. Məsələn, ölkənin aparıcı sağçı müxalifət partiyalarının aksiyalarında sol platforma ilə siyasi mesajlar çatdırması buna bariz nümunə ola bilər. Politoloq və siyasi analitiklərin fikrincə, sağ partiyalar əslində bununla siyasi divident qazanmaq niyyətini qarşılarına məqsəd qoyublar. Siyasi ekspertlər problemin əsas səbəbini partiyaların ideoloji oriyentasiyalarını müəyyən edə bilməməsində görür. Əslində hər bir partiya öz ideoloji dəst-xəttinə uyğun olan şüarla çıxış etsə, daha cəlbedici olar. Təbii ki, problemlər olduğu təqdirdə ideoloji vakkuum içində olan partiyaların proqramlarına və “daşıdığı” dəyərlərə uyğun hər hansı bir təşəbbüs irəli sürməsi də arxa plana keçir.. Yeni Azərbaycan Partiyası həmişə  müstəqillik, dövlətçilik, sosial ədalət və s. prinsipləri özünün ideoloji istiqaməti müəyyən etmişdir. Amma partiyanın siyasi fəaliyyətində təkcə ideoloji prinsiplər nəzərdə tutulmayıb. Gündəmdə olan və cəmiyyət üçün aktuallıq kəsb edən vacib məsələlər gündəlik siyasi fəaliyyətdə diqqət mərkəzində saxlanılmaqdadır.

Məlum tarixi bir hadisədir ki,YAP ötən əsrin 80-ci illərinin sonu 90-cı illərin əvvəllərində dünyada gedən sosial-iqtisadi və hərbi proseslərin təsirindən ölkəmizdə meydana çıxan mürəkkəb siyasi situasiyanın daxili məntiqindən, zamanın təxirəsalınmaz tələbindən irəli gələrək Azərbaycan xalqının arzu və istəklərinin ifadəçisi kimi yaranan partiyadır. Həmin tarixi dövrdə xaos və qeyri-sabitliyin hökm sürdüyü vətənimizin düçar ola biləcəyi daha böyük fəlakətlərin qarşısını almaq, məhv olmaq təhlükəsi ilə qarşı-qarşıya olan dövlətimizi xilas etmək məqsədilə xalqımızın milli maraqlar ətrafında birləşmiş sağlam qüvvələri, o cümlədən ziyalılar 1992-ci il oktyabrın 16-da 91 nəfər(  tarixə düşməmiş bir tarixi reallıq da var ki, Ağdərə rayon Başgüneypəyə kənd sakinləri dəfələrlə  1990, 1991, 1992-ci illərdə Heydər Əliyevə müraciətlər göndərmişlər) Heydər Əliyevə müraciət etdi: “Dövlət quruculuğundakı çoxillik təcrübənizə əsaslanaraq  siz qısa müddətdə Azərbaycanda geniş xalq kütlələrini özündə birləşdirə biləcək böyük, güclü, nüfuzlu və işlək partiya yarada bilərsiniz. Öz adımızdan və on minlərlə respublika vətəndaşı adından Sizdən xahiş edirik ki, təşəkkül tapan Yeni Azərbaycan Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz. Azərbaycan Xalqı sizin sözünüzü və qəti qərarınızı gözləyir”. Təbii ki, bütün ömrü boyu xalqına sədaqətlə, fədakarcasına xidmət etmiş Ümummilli lider Heydər Əliyev öz xalqının çağırışına biganə qala bilməzdi. Dahi rəhbər ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli cavab məktubunda Yeni Azərbaycan Partiyasının yaradılmasına və ona rəhbərlik etməyə razılıq verdi: “Güman edirəm ki, müstəqil Azərbaycan dövlətinin gələcək həyatının və fəaliyyətinin əsasını təşkil edən demokratiya və siyasi plüralizm şəraitində Sizin müraciətinizdə göstərilən Yeni Azərbaycan Partiyasının yaradılması obyektiv zərurətdən doğur.

Belə partiya Azərbaycanın siyasi-ictimai həyatında fəal iştirak edərək yeni, müstəqil Azərbaycan dövlətinin möhkəmləndirilməsində və inkişafında tarixi rol oynaya bilər”.. Beləliklə, məlum milli qurtuluş gününə gedən yolun nəzəri əsasları yaradıldı və 1992-ci il noyabrın 21-də Naxçıvanda keçirilən təsis konfransında Yeni Azərbaycan Partiyası təsis edildi və Ulu öndər Heydər Əliyev partiyanın Sədri seçildi. YAP-ın yaranması, Ümummilli lider Heydər Əliyevin bu partiyaya Sədr seçilməsi respublikanın o zamankı gərgin, təhlükəli ictimai-siyasi vəziyyətindən və getdikcə bu vəziyyətin daha da kəskinləşməsindən irəli gələn tarixi zərurət oldu. O zamankı hakimiyyət dairələrinin Yeni Azərbaycan Partiyasının yaranmasına göstərdikləri maneələr, ardıcıl təzyiqlər bu yola qədəm qoyan insanları özlərinin ali məqsədlərindən döndərə bilmədi. Əslində buna mane olmaq istəyən qüvvələrin özləri də bilirdilər ki, Heydər Əliyevə qarşı aparılan " mübarizə " heç bir nəticə verməyəcəkdir. Çünki Heydər Əliyev məhz Azərbaycan Xalqının özü idi ! Həmin tarixi hadisələri dəyərləndirən böyük düha sahibi Ulu Öndər Heydər Əliyev deyirdi: “Yeni Azərbaycan Partiyası Azərbaycanda gedən ictimai-siyasi proseslərin içərisindən çıxan zərurətdir.Yeni Azərbaycan Partiyasının fərqi ondan ibarətdir ki, bu partiya onu yaratmaq, siyasi fəaliyyətlə məşğul olmaq istəyən adamların istəkləri ilə bir təşkilati mərkəz olmadan... ağır şəraitdə böyük təqiblər şəraitində yaranmış bir partiyadır”. Heydər Əliyevin nüfuzu, doğma Azərbaycan xalqının ona göstərdiyi yüksək etimad Yeni Azərbaycan Partiyasının qısa müddət ərzində təşkilatlanmasına, ölkənin bütün regionlarında özəklərini yaratmasına və 1993-cü ildə hakimiyyətə gəlməsinə şərait yaratdı.

Yeni Azərbaycan Partiyası dünyada analoqu olmayan bir siyasi təşkilat kimi yarandığı müddətdən cəmi 6 ay sonra siyasi hakimiyyətə gəldi. Yeni Azərbaycan Partiyasının  Ümummilli lider Heydər Əliyev tərəfindən müəyyənləşdirilən və uğurla tətbiq edilən əsas proqram məramı Azərbaycanın dövlət müstəqilliyinin qorunub möhkəmləndirilməsindən, ərazi bütövlüyünün təmin edilməsindən, demokratik, hüquqi, dünyəvi cəmiyyət qurulmasından, əmin-amanlıq, ictimai-siyasi sabitlik, milli həmrəylik, güclü və sosialyönümlü iqtisadiyyat yaratmaqdan ibarət olub və partiyamız ötən bu  illərdə öz məqsədlərinə uyğun fəaliyyət göstərib. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin partiyanın V Qurultayında vurğuladığı kimi Yeni Azərbaycan Partiyası Azərbaycanın aparıcı siyasi qüvvəsidir, Cənubi Qafqazın ən böyük partiyasıdır. Gərgin , səmərəli fəaliyyətin və yüksək siyasi nüfuzun qanunauyğun nəticəsi kimi ümumxalq partiyasına çevrilən, 800 min nəfərə yaxın üzvü olan YAP bu müddət ərzində ölkədə keçirilən prezident, parlament və bələdiyyə seçkilərində inamlı qələbələr qazanaraq qələbələr partiyası kimi çıxış edib. Eyni zamanda, ötən müddət ərzində YAP-ın keçirdiyi qurultaylarda (1999, 2001, 2005, 2008, 2013) qəbul etdiyi tarixi qərarlar ölkəmizin gələcək inkişaf perspektivlərinin müəyyənləşdirilməsi baxımından mühüm rol oynayıb. 1999-cu ildə keçirilmiş qurultaydan sonra Yeni Azərbaycan Partiyasının inkişafında mühüm bir səhifə açıldı. Ulu öndər Heydər Əliyev YAP üzvlərinin yeni mərhələdə əsas vəzifələrini və istiqamətlərini müəyyənləşdirdi. Ən mühüm amil isə partiyada Ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə aparılan gəncləşdirmə siyasəti oldu. Partiyanın rəhbərliyində Azərbaycan gənclərinin lideri olaraq İlham Əliyevin təmsilçiliyi bu mənada xüsusilə qeyd olunmalıdır. 1999-cu ildən sonra Yeni Azərbaycan Partiyası dünyanın bir sıra ölkələrinin siyasi təşkilatları ilə ikitərəfli əlaqələr qurdu, beynəlxalq təşkilatlarda təmsilçilik hüququ qazandı.

Buna isə yeni dövrün yeni lideri olan cənab İlham Əliyevin xüsusi xidmətləri sayəsində nail olundu. Bu amil həm də Yeni Azərbaycan Partiyasına gənclərin marağına və axınına səbəb olmuşdu. Məhz gənc kadrlara verilən yüksək qiymət, yeni mərhələdə gənclərə etimad məsələsi Yeni Azərbaycan Partiyasının üzvlərinin arasında gənclərin sırasını daha da genişləndirdi. Əlbəttə ki, Yeni Azərbaycan Partiyasının əldə etdiyi nailiyyətlər silsilə xarakter daşıyır və bugünkü uğurların ciddi tarixi və siyasi əsasları mövcuddur. Sirr deyil ki, YAP Ulu öndər Heydər Əliyev yolu ilə irəliləyərək çox böyük və şərəfli yol keçib. Əminliklə söyləyə bilərik ki, cəmiyyətin avanqard siyasi qüvvəsi kimi Yeni Azərbaycan Partiyası xalqımızın qarşısında duran vəzifələrin yerinə yetirilməsinə özünün layiqli töhfəsini verib və bu siyasət bu gün də uğurla davam etdirilir. YAP öz səmərəli fəaliyyəti ilə Azərbaycanın inkişafına xüsusi töhfələr verir, ölkənin etibarlı gələcəyinin təmin olunmasında müstəsna rol oynayır. Bir sözlə, Ulu öndər Heydər Əliyevin bildirdiyi kimi Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır. Yeni Azərbaycan Partiyasının beynəlxalq əlaqələri yüksələn xətt üzrə inkişaf edir, əməkdaşlığın coğrafiyası və məzmunu genişlənərək keyfiyyətcə yeni mərhələyə qədəm qoyur. YAP-ın beynəlxalq əlaqələrində dost və qardaş Türkiyənin, MDB üzvü olan ölkələrin, Avropa və Asiyanın bir sıra aparıcı siyasi partiyaları və qurumları ilə münasibətləri prioritet istiqamət kimi əsas götürülüb. Yeni Azərbaycan Partiyası Türkiyə, Rusiya, Rumıniya, Ukrayna, Qazaxıstan, Kanada, Hindistan, Çin, Cənubi Koreya, Pakistan, Tacikistan və digər ölkələrin aparıcı siyasi partiyaları ilə uzun müddətdir sıx və qarşılıqlı münasibətlərə malikdir, partiyalar arasında intensiv görüşlər keçirilir, fikir və təcrübə mübadilələri aparılır. Bununla yanaşı YAP-ın Avroatlantik məkanda baş verən siyasi proseslərə təsir imkanları da genişlənib. Bu mənada, Almaniyanın, Fransanın, İtaliyanın, İspaniyanın və digər ölkələrin hakimiyyətdə olan partiyalarını özündə birləşdirən və Avropa Parlamentində çoxluğa sahib olan Avropa Xalqları Partiyası (EPP) ilə münasibətlər keyfiyyətcə yeni mərhələyə qədəm qoyub. YAP sahib olduğu resurslara, ictimai-siyasi nüfuzuna, özünün fəaliyyət mexanizminin səmərəlilik səviyyəsinə və siyasi sistemdəki avanqard yerinə görə Azərbaycanın siyasi palitrasının ən güclü və nüfuzlu siyasi partiyasıdır.

YAP eyni zamanda ölkəmizdə siyasi mədəniyyətin və siyasi sistemin formalaşmasına, təkmilləşməsinə birbaşa fundamental töhfələr verən ümumxalq partiyasıdır. Azərbaycan Respublikasının Prezidenti, YAP-ın Sədri İlham Əliyevin qeyd etdiyi kimi Yeni Azərbaycan Partiyasının yaradılması eyni zamanda müasir siyasi sistemin yaranması deməkdir. YAP-ın ideoloji prinsipləri milli həmrəylik və bütövlüyü təmin edən mexanizm kimi çıxış edir. Ümumiyyətlə, YAP-ın fəaliyyət mexanizminin mühüm istiqamətlərindən birini də onun ideoloji siyasəti təşkil edir. Partiyanın ideoloji siyasətinin əsasları onun başlıca ideoloji prinsiplərində öz əksini tapıb. Partiyanın 1999-cu ildə keçirilmiş I Qurultayında qəbul edilmiş Proqramda Yeni Azərbaycan Partiyasının qarşısına qoyduğu vəzifələrin həllinə nail olmaq məqsədilə öz fəaliyyətində əsas götürdüyü ideoloji prinsiplər öz əksini tapıb. Buradan görünür ki, Yeni Azərbaycan Partiyasının ideoloji siyasəti milli həmrəylik və bütövlüyü təmin edən mexanizm qismində çıxış edir. Bəhs olunan ideoloji prinsiplər cəmiyyətdə milli dəyərlərin təşəkkül tapmasını və möhkəmlənməsini şərtləndirən, milli həmrəylik və bütövlüyü təmin edən mühüm institusional mexanizm qismində dəyərləndirilməlidir.

Ötən əsrin sonlarına qədər Azərbaycan adlı coğrafiyada  məhz Azərbaycana məxsus hansısa bir ümumi ideologiyanın olmasından bəhs etmək çox çətindir. Əgər Azərbaycanın son iki yüz illik tarixinə nəzər salsaq, o, müstəqil dövlət, müstəqil ölkə kimi mövcud olmadığına görə müstəqil ideologiyaya da malik olmamışdır. Səfəvilər, Əfşarlar, Qacarlar imperiyaları dövründə ümumi islam dini fəlsəfi ideologiyanın mövcudluğu milli ideologiyanın təşəkkül tapmasına yol almamışdır. Fars dilinin bu arealda üstünlük təşkil etməsi eyni zamanda türkçülüyə də müəyyən mənada kölgə sala bilmişdi. Xüsusilə 1925-ci ildə Qacarlar dövlətində dövlət çevrilişi ilə hakimiyyətin fars pəhləvilərin əlinə keçməsindən sonra vəziyyət tamamilə antitürk, antiazərbaycan xarakter aldı.

Lakin Böyük Azərbaycanın şimalında iki dinin üz-üzə, qarşı-qarşıya durması, rus ziyalıları və əsasən ziyalı məmurları ilə və onların vasitəsilə Avropa və dünya elm və mədəniyyətilə tanışlıq şimalda maarifçilik və sekulyarizasiya ideyalarının yaranmasına və formalaşmasına, sosial tərəqqinin meyarlarının axtarışlarına səbəb olmuşdur. Dövrün tərəqqipərvər ziyalılarının bütün varlığı, düşüncə tərzi Azərbaycan xalqının tərəqqi yollarını axtarmaqdan, bunun üçün bütün islam və xristian dünyasını öyrənməkdən, təhlil və sintez etməkdən ibarət olmuşdur. Onlar qəti müəyyən etmişdir ki, tərəqqi maarif, elm və siyasi azadlıqdan başqa bir yoldan keçmir.. Bunun üçün ilk növbədə mərasimləşmiş, hadisələşmiş, mövhumatlaşmış, cismani həyat səviyyəsinə enmiş və əslində müqəddəsliyini, ülviliyini itirmiş din və ona əsaslanan dini şüuru təhlil və tənqiddən keçirmək lazım idi və ziyalı, maarifçi sələflərimiz də məhz bu böyük işi yerinə yetirmişdir.Təəssüf ki, sovet dövrünün tədqiqatçıları bilərəkdən həmin ziyalılar( xüsusilə M.F.Axundovun) ideologiyasını ateist ideologiya kimi qələmə vermişlər. Halbuki həm ümumiyyətlə, varlığın, həm də ictimai varlığın etik, estetik, iqtisadi, siyasi, hüquqi, elmi və s. komponentlərini özündə vəhdət halında birləşdirən bu ideologiya bütövlükdə tərəqqi ideologiyası idi. Onun ateizmi heç də bolşevik ateizmi olmayıb, sekulyarizasiyaya  (Sekulyarizm — dinin insanların düşüncə və hərəkətlərində və cəmiyyətdəki institutlar üzərində təsirinin azalması dır) əsaslanan qərb ateizmi idi. Sosiologiya elmində XX əsrin ortalarından bəri qızğın şəkildə müzakirə olunan bu mövzuda iki təzadlı cəbhədə yerləşən sosioloqlar var. Brayan Vilson, Maks Veber, Ziqmund Freyd kimi mütəfəkkirlər dünyada iqtisadi inkişaf və elmin dirçəlişi ilə dinin təsirinin azalacağını desə də, Peter Berger və Tomas Lukman kimi müasir dövrün sosioloqları sekulyarizm yox, tam əks prosesin baş verdiyini iddia edirlər. Hər iki tərəfin də olduqca tutarlı arqumentləri var. Məhz bu iki fərqli düşüncələrin mövcudluğu dinin cəmiyyət üzərindəki təsiri mövzusuna müxtəlif prizmalardan baxmağa kömək olur.

Dinin elm üzərində üstünlük təşkil etdiyi dövrlərdə dini dəyərlər dövlətdən tutmuş insanların şəxsi həyatına qədər bütün sahələrə kəskin dərəcədə təsir göstərirdi. Dövlət siyasətinə dini liderlər təsir edirdilər. Dini məclislər və dəyərlər insanların gündəlik həyatında olduqca vacib statusa malik idi. İnsanlar dini inanclar və hissləri ilə hərəkət edirdilər, rasional (məntiqli) düşüncə əksər hallarda mövcud olmurdu. Lakin XVII əsrdə baş verən mədəni və elmi inqilablar vəziyyəti köklü şəkildə dəyişdirməyə başladı. Elm adamları apardıqları araşdırmaların nəticəsində bir çox miflərin, kök salmış dəyərlərin əsassız olduğunu sübut edə bildilər. Elmli insanların sayı artdıqca dini izləyənlərin sayı azaldı, çünki elmli adamlar artıq dini metaforları, mifləri və bəzi yerlərdə yayılan xurafatları saymamağa, nəticədə isə dindən uzaqlaşmağa başladılar. Bu vəziyyət tək elm adamlarının dairəsində yox, həmçinin dövlət təbəqəsinə və tədricən sadə camaata da təsir etdi. Elm adamlarının gördükləri işlərdən agah olan bir çoxları ya dindən tam uzaqlaşmağa, ya da dini kor-koranə izləməkdən qaçmağa başladılar. Bütün bu dəyişikliklər dinin cəmiyyətdəki təsirini zəiflətməyə başladı. Bu zəifləməni məşhur amerikan sosioloq Brayan Vilson apardığı intensiv müşahidə və araşdırmalar nəticəsində göstərərək sekulyarizm prosesinin həqiqətən də baş verdiyini sübut etmişdir, baxmayaraq ki, onu Tomas Lukman və Peter Berger cütlüyü tənqid edirdilər. Miflərin yox olması və elmin mifləri açıqlaması — Elmin təsiri artdıqca elmi araşdırmalar miflərin köksüz-əsassız olduğunu açıqlaya bilmişdir. Məhz bundan sonra miflərə inananların sayı kəskin şəkildə azalmışdır. Eyni zamanda çox sayda insan hətta dindən də uzaqlaşmağa başlamışdır. Çünki elmli insanların əksəri materialist (yalnız gözlə görünən və hiss olunan maddiyyəti qəbul edən mövqe) mövqeyini seçir, bu da ki, gözlə görülə bilməyən Allahın və digər fövqəlqüvvələrin inkar olunmasına gətirib çıxarır.))Böyük mütəfəkkirin " Kəmalüdddövlə məktubları”nın sonuncu fikri bunu açıq və aydın şəkildə göstərir: “Müəllif istəmir ki, xalq ateist olsun, dinsiz və imansız olsun.

Onun  məqsədi islam dininin əsr və zəmanəyə müvafiq olaraq protestantizmə (yəni dinin və onun total hökmranlığının aradan qaldırılması) möhtac olduğunu göstərməkdir”.“Kəmalüddövlə məktubları”nın yazılmasından altı il sonra (1871) Mirzə Yusif xana yazdığı məktubda isə oğlu Rəşidin əsl bir müsəlman ziyalı olacağı ilə fəxr etdiyini söyləyir və Allahdan ona və dostunun oğluna xoşbəxtlik dilədiyini bildirir. O, insanın bu dünyada xoşbəxt və azad yaşamasına xidmət edən dini qəbul edir və bunun üçün islamı məqbul sayır. “Mən külli ədyanı puç və əfsanə hesab edirəm” fikrinə gəldikdə isə bu fikir daha çox din pərdəsi altında törədilən qırğın və qətllərə qarşı, fanatizmə qarşı olan üsyan idi. Həm mülki tarixi, həm də dinlərin tarixini gözəl bilən böyük düha Mirzə Fətəli bundan yan keçə bilməzdi. Məgər ,əlbəttə, doğrudanda, sözsüz ki, Şərqin və Azərbaycanın elm və mədəniyyətinə böyük töhfələr vermiş olan filosofların: M.Həllacın (922), Ə.Zəncaninin (1168), M.Təbrizinin (1247), Ş.Sührəverdinin (1147), F.Nəiminin (1401), İ.Nəsiminin (1417) qətlləri din pərdəsi altında mövhumatçılar tərəfindən yerinə yetirilməmişdimi ?!? Halbuki bunların hamısı Allahı, Peyğəmbəri, Quranı müqəddəs sayan, halal həyat tərzi keçirən adamlar idi. Eləcə də Xaç (səlib) yürüşləri (1096-1270) ilə böyük qırğınlar törədən, N.Kopernikin başının üstündən Domokl qılıncı kimi sallanan, C.Brunonu tonqalda yandıran, Q.Qalileyi ev dustağı edən və onlarla elm və mədəniyyət xadimlərini zəlil edən xristian mövhumatçılığına necə hörmət etmək olardı.

Buna görə də M.F.Axundov bu dinlərin heç birini onların mövhumatı ilə bir yerdə qəbul etmirdi. O, bir müsəlman kimi mövhumatdan təmizlənmiş, tərəqqiyə, inkişafa, insanın və insan düşüncəsinin azadlığına xidmət edə biləcək islamı qəbul edirdi. Buna görə də Axundovun ateist olduğunu söyləmək Azərbaycanın tərəqqisinə, elminin, mədəniyyətinin, düşüncəsinin inkişafına gətirdiyi yeniliklərə kölgə salmaq, onu başa düşməmək, yaxud başa düşmək istəməməkdir. M.Fətəli Azərbaycan ideologiyasının başlanğıcıdır, ilkin mərhələsidir. Sonradan bu işi C.Məmmədquluzadə, M.Ə.Sabir, Ə.Haqverdiyev, N.Nərimanov, Ə.Hüseynzadə, M.Ə.Rəsuzladə və başqaları davam etdirmişlər.Tarixi təcrübə hər bir xalqın siyasi və ümumən mövcud olma taleyində dönüş nöqtələri hesab olunan müstəsna hadisə və proseslərin olduğunu təsdiqləyir, konkret faktlarla sübut edir. Zəngin və minilliklərə söykənən milli-mənəvi dəyərlərə və dövlətçilik ənənələrinə malik olan, bir əsrdə iki dəfə müstəqil dövlət yaratmış, bəşər sivilizasiyasına mühüm töhfələr vermiş Azərbaycan xalqı da bu baxımdan istisna deyildir. Şanlı, şərəfli adını dünya tarixinə güclü, nüfuzlu və qalib ölkə kimi yazdırmış müasir, müstəqil,demokratik Azərbaycan bugünkü inkişaf, intibah, yüksəliş və tərəqqi mərhələsinə asanlıqla gəlməmişdir . 1991-ci ildə bərpa edilmiş dövlət müstəqilliyinin ilk illərinin ictimai-siyasi mənzərəsinə nəzər saldıqda görürük ki, Azərbaycan xalqı və dövləti üçün taleyüklü məsələlərin həlli məhz lider amili, onun fenomenal fəaliyyəti, qətiyyətli və uğurlu siyasəti, xalq-lider birliyi sayəsində mümkün olmuşdur. Ümumiyyətlə, dövlətimizin yerləşdiyi bu coğrafiyada həmin amillər bütün dövrlərdə vacib faktorlar olmudur . Heç şübhəsiz, öz tarixi köklərinə bağlı olan, istiqlal - müstəqillik idealını milli və siyasi dəyər kimi rəhbər tutan, bu yolda güclü əzm, iradə göstərən və sarsılmaz mübarizə nümunəsi yaradan bir xalqın üstünlüyü və xoşbəxtliyidir. Çünki zamandan, məkandan, dövrdən və şəraitdən asılı olmayaraq, taleyüklü anlarda siyasi məsuliyyəti öz üzərinə götürən lideri olmayan xalqların hansı acı ssenarilərin qurbanına çevrildiklərinin, necə böyük faciə və fəlakətlərlə üzləşdiklərinin şahidi olmuşuq.

Sovet Sosialist Respublikaları İttifaqı dağılma ərəfəsində və ondan sonra da eyni situasiya və problemlə qarşılaşan mübariz Azərbaycan xalqı, qeyd etdiyimiz kimi, lider fenomeni, xalq ilə liderin unikal və mükəmməl vəhdəti sayəsində tənəzzüldən qurtularaq tərəqqi yoluna çıxmağı, böyük Zəfərə doğru irəliləməyi və əsas strateji hədəflərinə çatmağı, nəhayət, tarixinin ən böyük Qələbəsinə müvəffəq olmağı bacarmışdır. Ümumiyyətlə, Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyəti və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır və şükürlər olsun ki, bu proses uğurla davam etməkdədir. Qeyd olunan dövrün reallıqları fonunda müstəsna tarixi-siyasi əhəmiyyətə malik və haqlı olaraq müstəqil dövlətçiliyimizin dönüş nöqtələrindən hesab edilən hadisələrdən biri də Yeni Azərbaycan Partiyasının (YAP) yaradılmasıdır. Siyasətçilərin, siyasi analitik - ekspertlərin, ziyalıların, ümumiyyətlə, cəmiyyətin müxtəlif təbəqələrindən olan insanların birmənalı olaraq söylədikləri  belə bir ifadə və səyişməz tezis var: “YAP ictimai tələb əsasında və siyasi zərurətdən yaranmış partiyadır”.

Əlbəttə, bu, ictimai-siyasi və tarixi reallığı əks etdirən, tamamilə doğru və dəqiq yanaşmadır, daha dəqiq desək, aksiomadır. Müzakirəyə ehtiyacı olmayan həqiqətdir ki, müstəqilliyin ilk illərində, o cümlədən Yeni Azərbaycan Partiyasının yaradılması ərəfəsində Azərbaycanda mövcud hakimiyyətin milli maraqlara zidd, yarıtmaz, uğursuz siyasəti və xəyanətkar mövqeyi nəticəsində ölkəmizdə ictimai-siyasi böhran, iqtisadi tənəzzül hökm sürürdü, respublikamız regional və beynəlxalq səviyyədə, demək olar ki, geosiyasi təcrid vəziyyətində idi. Ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi - torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Hakimiyyətə gəlmək üçün xalqı olmazın fəlakətlərə düçar etmək həmin hakimiyyətin ən çirkin fəaliyyətlərindən biridir.. Belə bir gərgin şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi.

Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. Ümumiyyətlə, birmənalı olaraq qeyd edilməlidir ki, Heydər Əliyev Azərbaycan xalqı, türk dünyası üçün Tanrının bir lütfüdür! Azərbaycan xalqı istər XX əsrin sonlarında, istərsə də XXI əsrin əvvəllərində öz müdrik liderləri Heydər Əliyevin və İlham Əliyevin milli vətənpərvərlik ruhu, qətiyyəti və həm milli maraqlara, həm də ümumbəşəri dəyərlərə əsaslanan siyasəti sayəsində dövlətimizin yüksəlişinin, üçrəngli bayrağımızın ən yüksək zirvələrdə əzmlə və fəxarətlə dalğalanmasının qürurunu yaşamışdır. 1990-cı ilin əvvəlində eyni situasiya və problemlə qarşılaşan mübariz Azərbaycan xalqı, qeyd etdiyimiz kimi, lider fenomeni, xalq ilə liderin unikal və mükəmməl vəhdəti sayəsində tənəzzüldən qurtularaq tərəqqi yoluna çıxmağı, böyük Zəfərə doğru irəliləməyi və əsas strateji hədəflərinə çatmağı, nəhayət, tarixinin ən böyük Qələbəsinə müvəffəq olmağı bacarmışdır.

Sovetlər birliyinin dağılmasından sonra yaranmış boşluqdan istifadə edərək hakimiyyəti ələ keçirmiş qüvvələrin vaxtında ölkə daxilində siyasi ziddiyyətlərin dərinləşməsi, vətəndaş qarşıdurmasına yol açan gərginliyin artması, Azərbaycana beynəlxalq təzyiqlərin güclənməsi, Ermənistanın ölkəmizə təcavüzünün genişlənməsi - torpaqlarımızın işğal edilməsi, digər neqativ hadisə və proseslər Azərbaycanın formal xarakter daşıyan müstəqilliyinin itirilməsi təhlükəsini aktuallaşdırmışdı. Belə bir şəraitdə yalnız qətiyyətli, təcrübəli siyasi lider uğurlu strateji kurs həyata keçirərək və milli həmrəyliyi təmin edərək Azərbaycanın xilasına nail ola bilərdi. İnam, etibar və etimad ünvanı isə bəlli idi. Azərbaycan xalqı ümidini məhz müdrik dövlət xadimi, zəngin dövlətçilik təcrübəsinə malik olan, öz fəaliyyətində xalqın ali mənafeyini, dövlətin milli maraqlarını rəhbər tutan görkəmli siyasətçi Heydər Əliyevə bağlamışdı. Əlbəttə ki, dahi şəxsiyyət öz xalqının taleyinə biganə qala bilməzdi və bu, Ümummilli Lider Heydər Əliyevin növbəti dəfə xalqın və dövlətin gələcəyi, dövlətçiliyimizin xilası naminə siyasi məsuliyyəti öz üzərinə götürməsi, yüksək vətənpərvərlik və milli təəssübkeşlik nümunəsi ortaya qoyması idi. Ulu Öndərin rəhbərliyi ilə Yeni Azərbaycan Partiyasının yaradılması ölkəmizdə əslində siyasi sistemin yaradılması demək idi: “Çünki o vaxta qədər bizdə siyasi sistem mövcud deyildi. Yeni Azərbaycan Partiyasının siyasi mədəniyyəti, siyasi mübarizə qaydalarının təbliği, ümumiyyətlə, siyasətin sivil yollarla aparılması ideyaları da cəmiyyətdə böyük əks-səda yaratdı və cəmiyyət tərəfindən dərhal dəstəkləndi. Biz bu ideyalara bu gün də sadiqik. Bütün siyasi mübarizələri sivil qaydalarla aparırıq və bütün siyasi məsələlərdə daim qələbə qazanırıq. Yeni Azərbaycan Partiyası və onun nümayəndələri bütün prezident, parlament və bələdiyyə seçkilərində böyük üstünlüklə qələbə qazanmışlar. Bu, partiyamızın ümummilli partiya olduğunu bir daha sübut edir”.
                                                                       Nəticə 

Müasir, müstəqil, demokratik Azərbaycan ideologiyasının tam halda işlənilməsi 1993-cü ildən, Ulu Öndərin Azərbaycana rəhbərlik etməyə başladığı dövrdən başlayır. Buna qədər olan təşəbbüslər isə tarixdən məlum olan səbəblərə görə yarımçıq qalmışdır. Bu xüsusilə Azərbaycan Xalq Cümhuriyyəti  dövrünə (1918-1920) aiddir. Keçən müddət ərzində bu istiqamətdə xeyli axtarışlar aparılmış və müəyyən nəticələr əldə edilmişdir. Böyük zəkaya malik siyasi xadim olan Heydər Əliyev dəyərli və istiqamətləndirici fikirlər söyləmişdir.Ümummilli liderimizim 2001-ci il oktyabrın 17-də Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 10-cu ildönümünə həsr olunmuş təntənəli mərasimdəki və 2001-ci il noyabrın 10-da Dünya Azərbaycanlılarının I qurultayındakı nitqləri, eləcə də “Azərbaycan XXI əsrin və üçüncü minilliyin ayrıcında, Yeni 2001-ci il, yeni əsr və üçüncü minillik münasibətilə Azərbaycan xalqına müraciəti” həm tarixin qiymətləndirilməsi, həm müasirlik, həm də gələcəyi görmə baxımından böyük məzmun və əhəmiyyət kəsb edir. Ümumiyyətlə, Heydər Əliyevin ideya-nəzəri və siyasi irsinin öyrənilməsi milli Azərbaycan ideologiyasının hazırlanmasının əsaslarını təşkil edir. İdeologiya dedikdə insanların bütövlükdə gerçəkliyə olan münasibətlərinin ümumiləşdirilmiş və həm də sadə, anlaşıqlı şəkildə ifadə olunmuş əqli və mənəvi-ruhi dəyərlər sistemi nəzərdə tutulur. İdeologiya insanların düşüncə, fəaliyyət və həyat tərzini istiqamətləndirən mənəvi enerji və qüvvədir. İnsanın istək və arzularının həyata keçməsi, reallaşması imkanının olması inamıdır. Bu imkanın gerçəkliyə çevrilməsi isə insanın fəaliyyət potensialını işə salmasıdır. Bunun üçün görünə bilən, müşahidə olunan, reallaşması mümkün olan işartılar olmalıdır. Çünki ideologiya hazırda yaşanan bu günü nəzərə almaqla, həm də sabahkı günə, gələcəyə, perspektiv imkanlara əsaslanmalıdır. İdeologiya bütövlükdə vətəndaş cəmiyyəti quruculuğundan çıxış etməlidir ki, o, müxtəlif sosial qrupların, partiyaların, ictimai qurumların ideologiyasından yüksəkdə dura bilsin, onun postulatları və ümumi istiqaməti hamını təmin etsin.

Bu ideologiya ayrılıqda hansısa bir partiyanın ideologiyası olmasın. Çünki  bütün cəmiyyət tərəfindən qəbul olunmayan hər hansı bir partiyanın ideologiyası hakim ideologiyaya çevrildikdə, yaxud hakim ideologiya kimi elan edildikdə o artıq heç də bütün cəmiyyət tərəfindən qəbul olunmur. Cəmiyyətə zorla sırınır və bu da həmin ideologiya ilə cəmiyyət arasında özgələşməyə gətirib çıxarır. Bolşevik-kommunist ideologiyası buna ən tutarlı misaldır. İdeologiya həm dini etiqadı, həm də müasir elmin nailiyyətlərini özündə vəhdət halında birləşdirən, hər ikisi üçün “nəyin naminə” sualına cavab verə bilən humanizmə, hər şeyin insanın cismani və ruhi-mənəvi varlığının rahatlığına və zənginliyinə xidmət edə bilən ideyalara əsaslanmalıdır. Bu fikirdən göründüyü kimi ideologiya yalnız siyasi məqamları özündə ehtiva edən siyasi ideologiyadan ibarət deyildir. Hərçənd siyasi ideologiya özünü daha qabarıq halda büruzə vermək, diqqəti daha çox cəlb etmək xüsusiyyətinə malikdir. Lakin vətəndaş cəmiyyətində siyasi ideologiya cəmiyyətin ümumi mənəvi-ideoloji düşüncəsinin məzmununu təşkil edən komponentlərdən biri olmalıdır. Çünki cəmiyyətin əksər hissəsi üçün onların yaşadıqları cəmiyyətin adları: kapitalizm, sosializm, sosial kapitalizm, demokratiya və s. maraqlı deyil. Onlar üçün maraqlı odur ki, yaşadıqları cəmiyyət yaxşı cəmiyyət olsun və bu cəmiyyətdə rahat yaşaya bilsinlər. Əlbəttə, burada vətənpərvərlik, dövlətçilik və qanunlara hörmət cəmiyyətin ümumi marağından çıxış edən sosiallıqla vəhdət təşkil etməlidir.

Elə olmamalıdır ki, bu keyfiyyətlər müəyyən bir təbəqəyə aid olsun, başqa bir təbəqə isə işdə bundan kənarda qalaraq, yalnız sözdə bunlardan bəhs etsin. İdeologiya o zaman pas atıb yararsız hala düşür ki, o, işə, fəaliyyətə deyil, söz oyununa çevrilir. Buna görə də əxlaq və qanun ideologiyanın indikatorları kimi çıxış edir. Əgər bunlar gündəlik praktik həyatda işləyirsə ideologiya özlüyündə hamı üçün eyni məzmunda olur, yaxud legitim sosial ideologiyaya çevrilir. Bunun üçün vətəndaş cəmiyyəti ideyası ilə yanaşı hər bir ölkənin, xalqın tarixi və mədəniyyəti ilə vəhdətdə olan pozitiv xüsusiyyətləri nəzərə almaq və onları sintez edərək vahid bir bütövlük yaratmaq lazımdır. Bu bütövlük isə söz sərxoşluğuna, yaxud daha gözəl sözlər seçməyə, söz oyununa deyil, gündəlik həyatda yerinə yetirilən, hamı tərəfindən görünən və hiss olunan praktik işə çevrilməlidir. Vətəndaş cəmiyyəti isə hər hansı bir qondarma abstraksiya, utopiya olmayıb, real surətdə mövcud olması, qurulması, formalaşması mümkün olan bir gerçəklikdir. Bu və ya digər çatışmayan cəhətlərə, yaxud bir cəmiyyətdə məqbul sayıla bilən, digərlərində isə yolverilməz olan xüsusiyyətlərə baxmayaraq, vətəndaş cəmiyyəti müasir dövrdə hələlik alternativi olmayan bir cəmiyyətdir və bu cəmiyyət yalnız demokratik dəyərlər əsasında yarana bilər.

Vətəndaş cəmiyyətinin hər hansı bir totalitar, avtoritar və s. cəmiyyətdən fərqini isə aşağıdakı antinomiyalar vasitəsilə göstərmək olar: yalan-həqiqət; müstəqil düşüncə - zorla yeridilən rəsmi ideologiya; vicdan–göstəriş; vətəndaş cəsarəti – qorxu; könüllü birləşmə- məcburilik; bərabərliyə əsaslanan həmrəylik–iearxik asılılıq; daxildən yaranan düşüncə və fəaliyyət–əmr; göstəriş gözləmə; öz qüvvə və ağlına inanma– sərəncam və qadağalara sözsüz tabe olma; razılaşma–əmr; plüralizm–totalitar monizm; tolerantlıq–dözümsüzlük; özünütəşkil–zorakı təşkilatçılıq; şüurlu nizamlılıq–kortəbii tabe olma.Vətəndaş cəmiyyəti insanların asılılığının olmadığı, cəmiyyətin şaquli deyil, üfüqi istiqamətdə təşkil olunduğu bir cəmiyyətdir. Burada dövlət piramidası yalnız dövlətin öz strukturuna aid olur. Dövlət cəmiyyətə xidmət edir, onu öz zorakılığı ilə əzmir. Cəmiyyət isə dövlətin qayğısına ehtiyac hiss etdiyi və bu qayğının vacibliyini başa düşdüyü üçün dövləti qoruyur, ona hörmət edir. Çünki dövlətin gördüyü işlərin düzgünlüyünü başa düşür və ona inanır. Dövlətin xalqa xidmət etməsi və buna görə də xalqın öz dövlətini qoruması, ümumiyyətlə, ölkənin bütün istiqamətlərdə inkişafına gətirib çıxarır. Sosial-siyasi həyatda hamı üçün eyni olan qəti imperativlər yaranır. Burada dövlətdən azadlıq dövlət vasitəsilə azadlığa çevrilir. Yalnız hansısa bir totalitar, yaxud diktatura rejimində onun saxlanılması üçün yalnız ona xidmət edən bir ideologiya uydurmaq və bütün insanlara təbliğ və təlqin etmək, qəbul etməyənləri isə müxtəlif yol və üsullarla məhv etmək olar. Məzmun, forma və mahiyyətindən asılı olmayaraq az və ya çox dərəcədə demokratiyaya meyilli olan cəmiyyətlərdə isə bu mümkün deyildir.

A.Toynbinin dediyi kimi demokratiya nə qədər dolaşıq bir sistem olsa da, hər halda, burada az və ya çox dərəcədə fikir azadlığı, plüralizm vardır. Fikir azadlığı olmayan cəmiyyət isə bataqlığa çevrilmək təhlükəsi qarşısında qalır və adətən belə cəmiyyətlərə qapalı cəmiyyətlər də deyilir. Burada fikir müxtəlifliyini, tənqidi düşüncəni yalnız və yalnız bir istiqamətə yönəldilmiş tərif əvəz edir və bu tərif artıq konyunkturaya çevrilir, bəsitləşir və adamlarda qıcıq, mənfi emosiya yaratmağa başlayır.Özlüyündə ambivalent( ikidəyərlilik və ya ikiqütblük)məzmuna malik olmasından asılı olmayaraq Marks, Engels və Lenin kimi sosial-siyasi düşüncə sahiblərinin söylədikləri hətta bəzi yanlış fikirlərin də ehkamlaşdırıldığı, mütləq həqiqət kimi qələmə verildiyi və buna görə haqlı olaraq qıcıq yaratdığı bolşevik-kommunist hakimiyyəti dövründə biz bunun şahidi olmuşuq. Hətta iş o yerə çatmışdı ki, adamlar bəzən oturub zəhmət çəkərək onların əsərlərini oxumadan, öyrənmədən ümumi kontekstdən çıxarılmış müxtəlif sitatlarla öz işlərini yola verməyə çalışırdılar. Təki bu klassiklərin adı çəkilsin və müxtəlif fikirləri səslənmiş olsun. Onsuz da onlarla razılaşmamaq, harada isə tənqid etmək olmaz. Elə buna görə də 1980-cı illərin sonu və 90-cı illərin əvvəllərində düşünülmədən, götür-qoy edilmədən, birdən-birə sərbəst bazar və liberal demokratiyaya gedildiyi üçün ölkənin siyasi, iqtisadi və mənəvi-ideoloji həyatında xaos, özbaşınalıq yarandı.

Hər şey birdən-birə çökdü və boşluq əmələ gəldi. Əvvəl mövcud olan hər şey pislənilməyə başladı. Jurnalistlər əvvəlki dövr haqqında tez-tez “naftalin qoxusu verən” ifadəsini işlətməyə başladılar. Belə çıxırdı ki, əvvəlki dövrdə kolxoz və sovxozlarda olan heyvandarlıq, quşçuluq fermalarından da, traktor və kombaynlardan da naftalin iyi gəlir və hamısını söküb dağıtmaq lazımdır. Bu, bolşevik hakimiyyətinin ilkin dövrlərində, hətta əvvəlki dövrdən qalan dəmir yollarını belə sökməyi təklif edən proletkultçuluğun( fəhlə,kəndli sinfindən olmayanların düşmən elan edilməsi)astar tərəfi, 1980-cı illərin sonu və 1990-cu illərin əvvəllərindəki neoproletkultçuluq idi. Rus politoloqu A.V.Lukin haqlı olaraq bu hadisəni ədalətsizliyə qarşı nadanlıq kimi səciyyələndirir. Siyasət fəlsəfəsinin tanınmış nümayəndələrindən olan R.Darendorf isə göstərir ki, sosializmin (əlbəttə, söhbət sovet sosializmindən gedir) dağıldığı ilk vaxtlar hətta cəmiyyətin idarə olunmasının ən universal prinsipləri belə totalitarizm kimi qələmə verilərək dağıdılır və cəmiyyətdə anomiya, yaxud idarəolunmanın bütün normalarının pozulması hadisəsi baş verir.Əgər keçid tədrici yolla gedirsə, dəyişkənlik də tədricən baş verir və nə cəmiyyət, nə də insanlar birdən-birə sosial-siyasi və mənəvi-ideoloji boşluğa düşürlər. Dəyişkənlik gözlənildiyindən daha sürətlə baş verirsə, adamlar isə bu sürəti dərk etməyə, başa düşməyə, onun səbəblərini aydınlaşdırmağa belə macal tapa bilmirlərsə, düşüncə həyatın dəyişkənlik sürətindən geri qalırsa, o zaman çaşqınlıq və boşluq yaranır. Hətta intellektual elita belə baş verməkdə olan hadisələri araşdırmaqdan, onlara tənqidi təhlil verməkdən daha çox hadisələrin təsiri altına düşür və ümumi axın onları da özü ilə aparır.

Onlar dəyişkənlikdə sabitliyi görə bilmirlər. Ümumiyyətlə, tarixin dönüş dövrlərində yeni yaranan cəmiyyət hələ mutant( dəyişkənlik nəticəsində meydana gələn və hər hansı əlamətə görə normal tipdən fərqlənən,irsiyyətcə dəyişmiş orqanizm forması.  Mutant təbii seçmədə ilk material sayılır.) halında olur. Yəni orada hansısa bir formalaşmış vektor olmur. Belə halda olan cəmiyyət müxtəlif vektorlar üzrə gedə bilər. Aydınlıq olsun deyə burada bir məsələni də qeyd etməyə ehtiyac hiss olunur. Postsovet məkanında bu və ya digər spesifik cəhətlərə baxmayaraq müstəqillik əldə etmiş ölkələrin demək olar ki, hamısında eyni, yaxud oxşar proseslər baş vermişdir. Həm tarixi, həm də müasir təcrübə göstərir ki, ideologiyalar müxtəlif cür qurula bilər. Bunları əsasən iki qrupa bölmək olar: 1) müəyyən bir tarixi situasiya ilə əlaqədar olaraq yaranan ideologiyalar. Bunlara müharibə aparan ölkənin, eləcə də kəskinləşmiş sosial ziddiyyətlərin daşıyıcıları olan müxtəlif sosial qurumların bir-birinə qarşı duran ideologiyaları misal ola bilər. 2) Hər hansı bir cəmiyyətin bütövlükdə ardıcıl ikişafını təmin edən ideologiyalar. Belə ideologiya vətəndaş cəmiyyəti ideologiyasıdır və öz başlanğıcını C.Lokkdan götürür. Lokk isə vətəndaş cəmiyyəti ideyasını T.Hobbsun məşhur “Bellum omnium kontra omnies” (hamının hamıya qarşı müharibəsi) tezisinə qarşı irəli sürmüşdür. Sonradan bu ideya İ.Kant, G.Hegel və başqaları tərəfindən daha da inkişaf etdirilmişdir. Vətəndaş cəmiyyətini və onun ideologiyasını qəbul etməyən marksizm isə Hobbsun tezisində dəyişiklik edərək onu hakim və məzlum sinif arasındakı müharibə, birinin digərini məhv etməsinin zəruriliyi kimi təqdim etmişdir. Bizdə vətəndaş cəmiyyəti ideologiyasının işlənilməməsinin və onun bugünkü çətinliyinin mühüm səbəblərindən biri də elə budur. Çünki biz uzun müddət marksizm ideologiyasının hakimliyinə məruz qalmışıq.

Beləliklə, vətəndaş cəmiyyətində fikir müxtəlifliyi hamı üçün eyni dərəcədə əhəmiyyətli olan daha geniş və universal, qəti və şərti imperiativlər( latınca imperativus tələb,əmr,qanun. Öhdəliyi ifadə edən qayda) çərçivəsində mövcud olur. Burada şərti imperativlər isə bu və ya digər situasiya ilə bağlı olaraq meydana çıxan məsələlərin həlli yollarının tapılması ola bilər. Bu isə hər şeyə qanun və vicdanlı yanaşma yolu ilə ola bilər. Qanunun və əxlaqi dəyərlərin müqəddəs və ali sayılmadığı bir sosial məkan və zamanda vətəndaş cəmiyyətindən bəhs etmək mümkün deyildir. Sual oluna bilər ki, bəs din harada qaldı? Din hər şeydən əvvəl əxlaqdır, mənəviyyatdır. Beləliklə, vətəndaş cəmiyyəti digər sosial mahiyyətli mənəvi dəyərlərlə dini mahiyyətli mənəvi dəyərləri sintez edir, tamlaşdırır və vahid dəyərlər sistemi yaradır. Din vətəndaş cəmiyyətinin üzərində dayandığı dayaqlardan birinə çevrilir. Buna görə də din, dini etiqad, dini ibadət, ayin və ənənələr heç də hansısa bir hadisəyə yox, şəxsiyyətin daxili ehtiyaclarından yaranan pozitiv əhəmiyyətli hadisəyə çevrilir. O hər bir şəxsin öz istəyi, düşüncə səviyyəsi və imkanları hüdudunda olmalıdır. Azərbaycanlı müsəlman üçün din Allah, Peyğəmbər və Quranın surə və ayələri ilə yanaşı, həm də praktik anlayış olan halallıqla bağlı halda qəbul olunmalıdır. Çünki gündəlik praktik anlayış olan halallıq işləmirsə, əvvəlki anlayışlar da öz müqəddəsliyini, əhəmiyyətini itirməyə başlayır. Məhz halallıq anlayışı özündə həm qanuniliyi, həm də əxlaqi- mənəvi keyfiyyəti birləşdirir. Yalnız şəxsi mənfəət üçün deyil, həm də ictimai mənfəət səciyyəli nəyi isə öyrənmək, işləmək, çalışmaq, halal zəhmətdən əldə edilən gəlirlə ləyaqətlə yaşamaq islami dəyərlərin əsaslarını təşkil edir və bu islami dəyərlər həm də dünyəvi dəyərlərdir. Allah insana ona görə ağıl və necə yaşamağın qaydalarını vermişdir ki, o öz ağlı və zəhməti ilə elə bu dünyada da cənnət yarada bilsin. Əlbəttə, bu imkanın gerçəkliyə çevrilməsi üçün ağlı işlətmək və zəhmət çəkmək lazımdır.

Çünki cənnətin özü də ilahi ağıl və zəhmət nəticəsində yaranmışdır. Burada M.Füzulinin təsvir etdiyi kimi rindlik də, zahidlik də yalnız tənbəllik, kütlük fəlsəfəsidir. İdeologiya anlayışı öz məzmunu və bu məzmunu təşkil edən elementlər, yaxud komponentlər baxımından mürəkkəb struktura malikdir. Buraya ayrı-ayrılıqda iqtisadi, siyasi, hüquqi, etik, estetik, dini, son vaxtlar isə həyatın, yaşayışın ciddi amillərindən birinə çevrilmiş ekoloji və qloballıqdan ibarət ümumi dünyagörüşü və dünyaya baxış məsələləri daxildir. Bu məsələlər hamısı bir yerdə vətənpərvərliyə, məhz yaşadığın vətəndə gözəl həyat qurmaq, yaratmaq və əksər hallarda vətənin təbii gözəlliyini, sərvətlərini tərifləmək deyil, vətəndə sosial gözəllik, rahat və firavan yaşanan cəmiyyət qurmağa gətirib çıxarmalıdır. Bu vətəni göz bəbəyi kimi qorumaq duyğusu, iradəsi aşılanmalıdır. Göründüyü kimi, söhbət kortəbii vətənpərvərlikdən deyil, şüurlu düşünülmüş və dərk olunmuş vətənpərvərlikdən gedir. Kortəbii vətənpərvərlik çox vaxt yerliçilik, regionçuluq əhval-ruhiyyəsi yaradır. Şüurlu vətənpərvərlik isə Azərbaycançılıq duyğusu, sevgisi yaradır və burada Azərbaycanın hər bir guşəsi, hər bir nöqtəsi adamları ilə bir yerdə doğmalaşır, əzizləşir. O, doğrudan da, vətənləşir, sən isə bu vətənin vətəndaşı olursan. Əsl mənada vətəndaş olmadan vətəndaş cəmiyyəti də ola, yaxud qurula bilməz. Fikrimcə, vətəndaş cəmiyyəti yuxarıda göstərilənlərin hamısının ən yaxşı, ən pozitiv, ən yararlı cəhətlərini özündə ehtiva edir. Bu cəmiyyətin ideologiyası əvvəldə göstərilən universal dəyərlər əsasında qurula bilər və bu dəyərlər hüdudunda fikir müxtəlifliyi, plüralizm də mövcud ola bilər. Burada plüralizm yalnız siyasi müstəvidə deyil, ümumfəlsəfi məzmunda götürülür.

Elmdə olduğu kimi. Məlumdur ki, istər məntiqi, istərsə də eksperiment baxımından hələ özünün birmənalı həllini tapmayan problemlər haqqında həmişə müxtəlif ideyalar, nəzəriyyələr, hipotezalar olur. Tədqiqatların, elmi araşdırmaların sonrakı pillələrində isə bunlardan hər hansı biri sübut olunaraq qəbul edilir, yaxud bu və ya digər cəhəti yeni elmi ideya və nəzəriyyəyə daxil edilir.Yaşadığımız dövrdə bizdə milli ideologiya, azərbaycançılıq ideologiyası, dövlətçilik ideologiyası kimi anlayışlardan istifadə olunur. Ayrı-ayrı nüansların olmasına baxmayaraq əslində bunların hamısı eyni məzmun daşıyır. Əgər milli ideologiya anlayışına nəzər salsaq! burada “millilik” anlayışı diqqəti daha çox cəlb edir. Cəmiyyətdə belə bir yanlış təsəvvür mövcuddur ki, milli dedikdə hansısa bir etnik tərkib, yaxud xalq nəzərdə tutulur. Hansı ki, millət hər hansı bir ölkədə yaşayan, həmin ölkənin vətəndaşı olan əhalinin siyasi birliyidir, yaxud onun müstəqil və vahid dövlət halında birləşməsidir. Millət homogen( yunan sözü olan "qomos"dan götürülmüşdür ki,o,eyni mənasını verir)və geterogen(müxtəlif  ), yaxud eyni və müxtəlif xalqların birliyindən yarana bilər.

Çünki o, vahid dövlət vasitəsilə yaranan siyasi birlikdir. Dövlət dili isə bu siyasi birlikdə daha ağır çəkiyə malik olan xalqın dili olur, bu tarixi qanunauyğunluqlardan biridir və bütün dünyada qəbul olunmuşdur. Əlbəttə ki, məsələ ideologiyanın adı deyil, qarşıya qoyulan məqsədi, düşünülmüş halda reallaşdırmaq istiqamətində ardıcıl olaraq görülən, yerinə yetirilən işlərdir. Bu isə azərbaycançılığı da, milliliyi də, dövlətçiliyi də özündə birləşdirən vətəndaş cəmiyyəti ideologiyası ola bilər. Əlbəttə, bu, Azərbaycan vətəndaş cəmiyyəti ideologiyası, yaxud Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğu ideologiyası olmalıdır. Bu ideologiyanın əsas bazası isə Azərbaycan Konstitusiyasının müqəddəs sayılması və onun gündəlik praktik fəaliyyətdə şəksiz yerinə yetirilməsi olmalıdır. Konstitutsiya dövlətin də, cəmiyyətin də ümumi ruhuna çevrilməlidir. Dövlət vətəndaşının azadlığının və müstəqilliyinin qarantı kimi çıxış etməlidir. Necə ki, cənab prezident İlham Əliyev deyir: " Azərbaycan dövləti hər bir vətəndaşın dövlətidir və hər bir vətəndaşın qarantıdır, qoruyucudur". Həmçinin  dövlət strukturunda işləyənlər isə dövlətin konstitutsion qanunlarını müqəddəs tutmaqla və qanun dairəsində işləməklə ölkə vətəndaşlarına nümunə verməlidirlər. Necə ki, möhtərəm prezidentimiz deyir: " Mən hər bir vətəndaşın qulluqçusuyam".

Dövlət qanunçuluğun və mənəvi-əxlaqi dəyərlərin indikatoru kimi çıxış etməlidir. Necə ki, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyev deyir:" Heç bir məmurun toxunulmazlığı yoxdur, heç bir məmurun xalqa yuxarıdan aşağıya baxmağa nə haqqı, nə də hüququ yoxdur. Azərbaycan xalqının ən yüksək şəraitdə yaşamağa haqqı var və biz bunu düşmənin başını Dəmir yumruqla əzərək 44 günə iki yüz ildən çox işğalda olan torpaqlarımızı azad etməklə bütün dünyaya bəyan etmişik !

Ağdam rayon 95 nömrəli tam orta məktəbin tarix müəllimi  Kərim Novruzov 
19.11.2024

 

Seçilən
1
adalet.az

1Mənbələr