Milli Məclisin deputatı Mahir Süleymanlı noyabrın 21-də növbəti seçici qəbulu keçirib.
Newscenter.az Mahir Swleymanlının Deputat Qərargahına istinadən bildirir ki, qəbulda Şabran rayonu Çölquşçu kənd inzibati ərazi dairəsi nümayəndəliyinə daxil olan Hacıqaraqaşlı, Çayqaraqaşlı, Çölquşçu, Xəlilli və Sarvan kənd sakinlərinin problemləri dinlənilib.
Vətəndaşlar əsasən su, qaz, eləcə də məşğulluq və işsizlik məsələləri ilə bağlı problemləri səsləndiriblər. Bəzi məsələlər yerindəcə həll edilsə də, digərləri ilə bağlı millət vəkili qeydiyyatlar apararaq səlahiyyətləri çərçivəsində onların həllinə çalışacağını seçicilərinin diqqətinə çatdırıb.
Süleyman İsmayılbəyli