İranın Rəşt, Kəhnuc, Günbəd Kavus və Şiraz şəhərlərinin həbsxanalarında 6 məhkum barədə çıxarılan edam hökmü yerinə yetirilib.
Bu barədə insan haqları təşkilatları məlumat yayıb.
Məhbuslar adam öldürmək və narkoik maddələrin alverində günahlandırılıblar.
Bununla da son 1 ay ərzində İranda edam edilənlərin sayı 150-ə çatıb.
Qeyd edək ki, 10 oktyabr 2023-cü ildən 2024-cü ilin 10 oktyabrına kimi İranda 811 məhkum edam edilib və bu, ondan əvvəlki illə müqayisədə 33% çoxdur.
visiontv.az