AZ

“Şərq iqtisadiyyatı Qərb iqtisadiyyatından 4 dəfə sürətlə inkişaf edir”- Macarıstan Baş naziri

Dünya iqtisadiyyatının mərkəzi Şərqə yönəlib.

Azpost.info xəbər verir ki, bunu Budapeştdə keçirilən “Avrasiya Forumu” beynəlxalq konfransında çıxışı zamanı Macarıstan Baş naziri Viktor Orban deyib.

“Asiya dövlətləri müstəqil iqtisadi və siyasi güc mərkəzləri kimi yüksəlmək, mövcud olmaq və davam etmək qabiliyyətini gücləndirmiş və nümayiş etdirmişdir. Bunun nəticəsidir ki, dünya iqtisadiyyatının mərkəzi Şərqə yönəlib və Şərq ölkələrinin iqtisadiyyatı Qərb ölkələrinin iqtisadiyyatından 4 dəfə sürətlə inkişaf edir. Qərb sənayesinin əlavə dəyəri 40 faiz, Şərq sənayesininki isə 50 faiz təşkil edir. Bu, yeni reallıqdır”, – Orban bildirib.

O hesab edir ki, Avropa İttifaqı bu dəyişikliklər nəticəsində uduzur və Avropa Asiya ilə münasibətdə öz yerini tapmasa və bütün Avrasiya məkanında qarşılıqlı faydalı əməkdaşlıq qurmasa, itirməkdə davam edəcək.

“Bunsuz biz digər güc mərkəzləri ilə rəqabət apara bilməyəcəyik”, – Baş nazir vurğulayıb.

Azpost.info

Seçilən
3
azpost.info

1Mənbələr