AZ

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Netanyahunun həbs olunmasına qərar verdi

Beynəlxalq Cinayət Məhkəməsi İsrailin baş naziri Benyamin Netanyahunun və müdafiə naziri Qallantın Qəzzada hərbi cinayətlər törətməkdə ittiham olunaraq həbs olunmasına qərar (order - əmr sərəncam) verib.

"Bu gün, 21 noyabr 2024-cü il tarixində Beynəlxalq Cinayət Məhkəməsinin I Məhkəməyə qədərki Palatası (“Məhkəmə”)  iki şəxs, Benyamin Netanyahu və Yoav Gallant üçün ən azı 8 oktyabr 2023-cü il tarixindən ən azı 20 may 2024-cü il tarixinədək, yəni Prokurorluğun həbs qərarı üçün ərizələr verdiyi günə qədər insanlıq əleyhinə cinayətlər və müharibə cinayətləri törətdiklərinə görə həbs qərarı verdi",- məlumatda deyilir.

Ekspertlər qeyd edir ki, bu qərar da simvolik olaraq qala bilər. Eyni məhkəmə Rusiya prezidenti Vladimir Putin haqqında da müvafiq qərarı verib. Amma bu gün Putin Rusiya Prezidenti vəzifəsini icra etməkdədir. 

Əgər Benyamin Netanyahu Beynəlxalq Cinayət Məhkəməsinin tərəfdaşı olan 60 ölkədən birinə səfər edərsə həbs oluna bilər. 

Seçilən
3
47
marja.az

10Mənbələr