AZ

COP29 qonaqları üçün Azərbaycan klassiklərinin əsərləri təqdim olunub - FOTO

Beynəlxalq Muğam Mərkəzi Əməkdar kollektiv Səid Rüstəmov adına Xalq Çalğı Alətləri Orkestri (Bədii rəhbər və baş dirijor: Mustafa Aşurov) konsert proqramı təqdim etdi.

COP 29-a həsr olunmuş konsertlər çərçivəsində təqdim edilən proqramda Xalq artisti Gülnaz İsmayılova, beynəlxalq və respublika müsabiqələri laureatları Rəvanə Qurbanova, Günay İmamverdiyeva, Zabitə Əliyeva, Orxan Hüseynli, Seymur Həsənsoy, Anar Yusub, Rəvan Qaçayevin ifaları tamaşaçılar tərəfindən böyük alqışlarla qarşılandı. Proqramda Fikrət Əmirov, Hacı Xanməmmədov, Oqtay Kazımi, Aşqin Əlizadə, Süleyman Ələsgərov, Səid Rüstəmov, Vasif Adıgözəlov, Xan Şuşinski, Ələkbər Tağıyev və dünya bəstəkarlarının əsərləri səsləndi.

İnformasiya dəstəyi - Trend.Az, Day.Az, Milli.Az

Məqaləyə dair fotomateriallar:

Seçilən
1
milli.az

1Mənbələr