Futzal üzrə İsveç yığmasının Avropa çempionatının seçmə mərhələsində Yunanıstan və Azərbaycan ilə keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.
Msport.az xəbər verir ki, qarşılaşmalar üçün komandaya 15 oyunçu dəvət edilib.
Qapıçılar: Martin Herlin, Patrik Orteqa, Viktor Saf
Oyunçular: Lavdim Azemi, Noraldin Azizi, Hampus Furuplad, Albert Hiseni, Brayn Yohansson, Viktor Mossberq, Mattin Nacafi, Enes Poyraz, Qustav Ridberq, Fehim Smayloviç, Fredrik Söderqvist, Petrit Zubi
Qeyd edək ki, İsveç millisi dekabrın 11-də doğma meydanda Yunanıstanla, dekabrın 17-də Bakıda
Azərbaycanla qarşılaşacaq.