Xaçmaz rayonunda təbii qazla təmin edilən yaşayış məntəqələrinin sırasına Nağıoba kəndi də əlavə olunub.
Hafta.az xəbər verir ki, 91 abonenti olan kəndin qazlaşdırılması üçün 9 min metrə yaxın müxtəlif diametrli borularla daşıyıcı və məhəllədaxili qaz xətləri çəkilib, 1 ədəd qaz tənzimləyici şkaf quraşdırılıb.
Kəndə təbii qazın verilməsi münasibətilə keçirilən mərasimdə Xaçmaz Rayon İcra Hakimiyyətinin başçısı Elnur Rzayev, SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər.
Bildirib ki, Xaçmaz rayonunda kəndlərin qazlaşdırılması istiqamətində işlər davam etdirilir. İlin sonunadək bir neçə yaşayış məntəqəsinin də mavi yanacaqla təmin olunması nəzərdə tutulub.
Çıxış edən sakinlər əhalinin sosial problemlərinin həllinə göstərdiyi yüksək diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.
Sonda rəmzi məşəl alovlandırılıb, yaşayış məntəqəsinə mavi yanacaq verilib.