Formula 1 üzrə dünya çempionatında çıxış edən “Haas F1” komandası, Çikaqo Tibb Universiteti ilə tərəfdaşlıq müqaviləsi imzaladığını elan edib. ABŞ-nin aparıcı akademik qurumlarından biri üçün Formula 1 komandası ilə əməkdaşlıq digər ölkələrdən olan xəstələrlə daha güclü əlaqələr yaratmağa və onun nüfuzunu gücləndirməyə kömək edəcək.
Əməkdaşlıq Las-Veqas qran-prisində başlayacaq, “UChicago Medicine” loqotipləri VF-24 avtomobillərində və gələn ildən başlayaraq Haas F1 formalarında əks olunacaq.
“UChicago Medicine”nin artan tərəfdaşlar qrupumuza qoşulmasından məmnunuq. Formula 1 yüksək effektiv qlobal marketinq platformasıdır və Birləşmiş Ştatlarda keçirilən üç mərhələ ilə biz tibb şirkətinin dünya səviyyəli səhiyyə xidmətlərini vurğulamaq səylərinə dəstək verməyə hazırıq”, – deyə komandanın rəhbəri Ayo Komatsu bildirib.