AZ

Con Kordoba “çolaqlığına” görə məsxərəyə qoyuldu - Video + Foto

Kolumbiya yığmasının mərkəz hücumçusu Con Kordoba Ekvador yığması ilə oyundan sonra azarkeşlərin qınaq hədəfinə çevrilib.

Arena.az xatırladır ki, Kolumbiya yığması 2026-cı il dünya çempionatının CONMEBOL bölgəsi üzrə seçmə mərhələsinin Ekvador yığması ilə 12-ci tur ev oyununda 0:1 hesabı ilə məğlub olub.

Oyunda sonra “Krasnodar”ın hücumçusu Con Kordoba Kolumbiya yığmasındakı nüfuzu ilə bağlı fəsadlar yaşamağa başlayıb. Belə ki, Kordoba Ekvador yığması ilə oyunda bir metrlik məsafədən rəqibin boş qapısına qol vura bilməyib. Nəticədə kolumbiyalılar vacib oyunda məğlub olaraq, ekvadorluları yarış cədvəlində özlərindən önə buraxıblar.

Bu məğlubiyyətdən sonra kolumbiyalı azarkeşlər bütün qəzəblərini Kordobanın üzərinə yağdırıblar. Sosial şəbəkə istifadəçiləri Con Kordobanın “Vikipediya”nın ispandilli bölməsindəki səhifəsini “Ayaqsız gövdə” adlandırıblar. Daha sonra saytın moderatorları azarkeşlərin redaktəsini təshih ediblər.

Amma bu, Kolumbiya yığmasının azarkeşlərinin hiddətini soyutmayıb. Bir müddət davam etmiş qəzəbdən sonra “mərhəmətə” gəlmiş azarkeşlər sosial şəbəkələrdə Kordoba ilə bağlı karikaturalar, lətifələr yaymağa başlayıblar. Karikaturaların ən yaddaqlanları arasında Kordobanın bir parça kobudşəkilli kötük surəti ilə təsviri və ayaqsız vedrə gövdə üzərində baş və əlləri əvəzinə süpürgə və tennis raketindən ibarət təsviridir. Ayaqsız vedrə gövdəli baş – Kordobanın dilindən ispanca “Padre, dame piernas” (Ata, mənə ayaqlar ver) cümləsi ilə “bəzədilib” ki, bu təsvir baməzə şərhlərlə məşhuri-cahan olub. Bu karikaturanın altında Kordobanın “çolaqlığı” ən baməzə şərhlərdən tutmuş, əxlaqdan uzaq şit zarafatlara qədər hər cür cəfəngiyyatla “mədh” edilib.

12 turdan sonra hər biri 19 xal toplamış Ekvador və Kolumbiya yığmaları yarış cədvəlində müvafiq olaraq 3-cü və 4-cü yerləri bölüşürlar.

Seçilən
3
arena.az

1Mənbələr