AZ

“Təbiət əsaslı həllər üçün gənclər koalisiyasının gücləndirilməsi” -Yaşıl Zonada tədbir

Noyabrın 21-də COP29 çərçivəsində Yaşıl Zonada yerləşən Gənclər Evi pavilyonunda “Təbiət əsaslı həllər üçün gənclər koalisiyasının gücləndirilməsi” mövzusunda panel müzakirə keçirilib. 

Bu təşəbbüs həmrəyliyi təşviq etmək və regional iqlim strategiyalarını inkişaf etdirmək üçün 6 regionda - Yaxın Şərq və Afrika, Latın Amerikası və Karib hövzəsi, Avropa və Mərkəzi Asiya, Cənubi Qafqaz, Asiya və Sakit okean regionunda gəncləri birləşdirmək məqsədi daşıyır. 

Müzakirədə Yaxın Şərq və Afrika, Latın Amerikası və Karib, Avropa və Mərkəzi Asiya, Cənubi Qafqaz, Asiya və Sakit Okeanı əhatə edən ərazilərdə regional iqlim strategiyalarında gənclərin iştirakını artıracaq növbəti addımlardan söz açılıb. 

Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən tədbirdə məruzəçilər təbiətə əsaslanan həll yollarını düzgün istiqamətləndirmək və gənc liderlərin iqlim probleminə əsaslanan dayanıqlı dəyişikliklərə cəlb olunmasının əhəmiyyətini vurğulayıblar.

Orxan Vahidoğlu, "İki sahil"

Seçilən
15
ikisahil.az

1Mənbələr