Ermənistanın Baş naziri Nikol Paşinyan bu gün hökumətin iclasında məmurlrara qəzəblənib.
“AzPolitika” erməni mediasına istinadla xəbər verir ki, hökumət başçısı əvvəlcə yeni təyin olunmuş ərazi idarəçiliyi və infrastruktur naziri Davit Xudatyana əsəbləşib.
Daha sonra üzünü hökumət üzvlərinə tutaraq onlara xəbərdarlıq edib: “Mən xəbərdarlıq edirəm ki, bundan sonra tikintilərdə müəyyən edilmiş müddət pozularsa, şəxsi məsuliyyət məsələsi qaldırılacaq”.
Buna səbəb Armavir vilayətinin Aygəvan icmasında tikilən və oktyabrda istifadəyə verilməli olan uşaq bağçası məsələsi olub. Nazir bildirib ki, bağça hələ də qaz təchizatında problem olduğundan fəaliyyət göstərmir.
Yeni təyin olunmuş ərazi idarəetmə naziri Armavirin keçmiş qubernatoru olub.
“Kameralar qarşısında oktyabrda isitfadəyə veriləcəyini dedin. Mən də yazmışdım ki, bağça oktyabrda açılır. İndi dediyim yalan çıxdı. Sizə xəbərdarlıq edirəm ki, mənə tarix, təsdiqlənməmiş bir məlumat parçası, hətta ən xırda bir şeyi belə deməyin. İndi o kəndin camaatı, respublika əhalisi deyə bilər ki, baş nazir yalan danışıb”, – deyə Paşinyan vurğulayıb.
Hökumətin son iclasında Paşinyan oxşar problem əsasında keçmiş ərazi idarəetmə naziri Qnel Sanosyandan şikayət etmişdi. Həmin iclasdan sonra Sanosyan istefaya göndərilib. Belə ki, hökumətin son iclasında Paşinyan Armavirdən Gümrüyə gedən yolun Bayandur hissəsinin tikintisindən danışıb. Baş nazir yolun artıq hazır olduğu barədə ona məlumat verildiyini və özünün “Facebook” səhifəsində yolun başqa hissəsindən foto yayımladığını, bundan sonra vətəndaşlar onu yalan danışmaqda ittiham etdiyini deyib. Bayandur yolu isə hələ də tikilməyib.