AZ

COP29-da meşələrin dünyadakı rolundan danışıldı

Meşələr Yer kürəsində həyat üçün mühüm əhəmiyyət daşıyır. Onlar iqlimi sabitləşdirir, biomüxtəlifliyi dəstəkləyir və milyonlarla insan üçün zəruri resurslar təmin edir.

Modern.az xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva COP29 çərçivəsində keçirilən “İqlim, təbiət və insanlar üçün meşələr: Meşələr üçün iqlim maliyyəsindən istifadə” mövzusundakı tədbirdə deyib.

Nazir müavini qeyd edib ki, meşələr hər il milyardlarla ton karbon-dioksidi udur. Ancaq iqlim dəyişikliyi, meşə yanğınları, zərərvericilər və xəstəliklər meşələri daha da zəiflədir.

“Biz iqlim fəaliyyətini gücləndirməliyik. Bu, meşələrin qırılmasının qarşısını alan, davamlı torpaq idarəetməsini təşviq edən, deqradasiyaya uğramış meşələri bərpa edən və meşələrin mühafizəsini milli iqlim fəaliyyəti planlarına inteqrasiya edən siyasətlərin həyata keçirilməsi və gücləndirilməsi deməkdir. Bundan əlavə, meşələr üçün iqlim maliyyələşməsi səfərbər edilməlidir. İnnovativ maliyyələşdirmə mexanizmləri - karbon bazarları, ekosistem xidmətlərinə görə ödəniş, ətraf mühitin mühafizəsi üçün borcun restrukturizasiyası və mühafizə nəticələrinə əsaslanan ödənişlər həyati əhəmiyyət kəsb edir. Bu alətlər meşələrin mühafizəsi və bərpası üçün lazım olan resursların əldə edilməsində mühüm rol oynayır”, - deyə Umayra Tağıyeva vurğulayıb.

Seçilən
0
3
korrespondent.az

4Mənbələr