“Ford” Avropada minlərlə iş yerini ixtisar edəcək
“Ford” Avropada, əsasən də Böyük Britaniya və Almaniyada, 4000 iş yerini ixtisar edəcəyini açıqlayıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.
Məlumata görə, ixtisar üçün şirkətin Avropadakı işçi qüvvəsinin təxminən 14%-i nəzərdə tutulub.
“Ford” həmçinin krossoverlərə və elektrik avtomobillərinə diqqəti artırmaq üçün bir sıra modellərin, xüsusən də “Mondeo” və “Fiesta” modellərinin istehsalını dayandırmaq qərarına gəlib.
Şirkət işçilərin ixtisarının 2027-ci ilə qədər başa çatacağını bildirib.