AZ

İtaliya və ABŞ səfirlikləri Ukraynada fəaliyyətini bərpa edib

Kiyevdə bağlanan ABŞ və İtaliya səfirlikləri yenidən işə başlayıb. Bu barədə Ukraynanın Ukrinform agentliyi məlumat yayıb. 
 
"İtaliya və ABŞ-ın Ukraynadakı səfirliyi bu gün yenidən ziyarətçilərin üzünə açıqdır”, - məlumatda deyilir. 
 
Hər iki səfirlik öz vətəndaşlarını hava hücumu zamanı dərhal ən yaxın sığınacağa getməyə çağırır.

Bundan əvvəl ABŞ-ın Kiyevdəki səfirliyi noyabrın 20-də işləməyəcəyini bildirmişdi.
 
 Daha sonra Yunanıstan, İspaniya və İtaliyanın Kiyevdəki səfirlikləri də mümkün təhlükəsizlik təhdidləri səbəbindən gün ərzində xidmət göstərməyəcəklərini açıqlayıblar.

Gülnar Nazimqızı 
www.anews.az
Seçilən
3
anews.az

1Mənbələr