AZ

İtaliya mediası COP29-u işıqlandırmaqda davam edir

İtaliya mətbuatı Bakının ev sahibliyi etdiyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasını (COP29) geniş işıqlandırmaqda davam edir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, “Rai”, “Adnkronos”, “il Messaggero”, ANSA, “La Stampa”, AGI, “Domani”, “Aska News”, “il Fatto Quotidiano”, “il Denaro”, “Corila”, “Qui Finanza” və digər nəşrlərdə yayımlanan materiallarda COP29-un iqlim maliyyəsi üzrə yekun sənədinin əhəmiyyətindən bəhs olunur. Bildirilir ki, sənəd həm inkişaf etməkdə olan, həm də digər ölkələrin mövqeyini əks etdirir, həmçinin iqlim maliyyələşdirilməsinə trilyonlarla dollardan bəhs edilir.

Vurğulanır ki, COP29 çərçivəsində 25 ölkə kömürlə işləyən elektrik stansiyalarında istehsalı dayandırmağı öhdəsinə götürüb. Eyni zamanda, Avropanın COP29-da zəif iştirak etməklə iqlim üzrə liderlik fürsətini əldən verdiyi bildirilir.

Yazılarda İtaliyanın ətraf mühit və enerji təhlükəsizliyi naziri Cilberto Piketto-Fratinin COP29 çərçivəsində plenar sessiyalarda çıxış etdiyi, müzakirələr apardığı qeyd olunur. Bildirilir ki, nazir COP29-dakı İtaliya pavilyonunda konkret qlobal uyğunlaşma fəaliyyətlərini, investisiyaları və əməkdaşlığı stimullaşdırmaq üçün ölkəsinin G7-yə sədrliyi çərçivəsində irəli sürülən təşəbbüs - G7 Adaptasiya Sürətləndirici Mərkəzinin açılışını edib. Bundan başqa, COP29-da Venesiyanın iqlim dəyişikliyinə uyğunlaşma və şəhər davamlılığının nümayiş etdirildiyi də qeyd olunur.

Seçilən
5
operativmm.az

1Mənbələr