AZ

İsrail rəsmisi Netanyahunun həbsinə order verilməsi ilə bağlı: "Müharibənin tərəfini tutdu"

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantın həbsinə order vermək qərarı bu instansiyanı yəhudi dövlətinə qarşı müharibə mövqeyində qoyur".
Oxu.Az-ın TASS-a istinadən xəbərinə görə, İsrail Baş nazirinin Ofisinin müşaviri Dmitri Gendelman belə bir bəyanatla çıxış edib.
O, bununla bağlı "Telegram" kanalında paylaşım edib.
"Bu gün Beynəlxalq Cinayət Məhkəməsi İsrailin təqdim etdiyi sübut və arqumentlərə məhəl qoymayaraq qərar qəbul etdi ki, bununla da İran rejiminin İsrailə qarşı başlatdığı regional müharibənin faktiki olaraq tərəfini tutmuş oldu", - deyə bəyanatda bildirilib.
Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsi İsrailin Baş naziri Benyamin Netanyahu və sabiq müdafiə naziri Yoav Qalantı Qəzzada mümkün hərbi cinayətlər törətməkdə ittiham edərək həbsinə order verib.
Seçilən
5
16
oxu.az

10Mənbələr